Papkovun binası - Taqanroq şəhərinin mərkəzində, XIX əsrin əvvəllərindı inşa edilən bina. Papkovun binası Taqanroq şəhəri Şmidt küçəsi, ev 17 ünvanında yerləşir. Bina klassizm stilində inşa edilmişdir.
Papkovun binası | |
---|---|
rus. Дом Папкова | |
47°12′37″ şm. e. 38°56′33″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
Tikilmə tarixi | 1808 |
Memarlıq quruluşu | Klassizm |
Binanın kompazisiyası olduqca sadədir. Fasadı simmetrikdir, altı hamar kolonna ilə bəzədilmişdir. Kolonnalar aşağıdan balistrlərlə birləşir. Birinci mərtəbədə pəncərələr kvadrat formadadır. İkinci və üçüncü mərtəbələrin pəncərələri düzbucaqlıdır[1].
Bina 1808-ci ildə rus vilayətlərinə xas klassizm stilində inşa edilmişdir. Bina Taqanroq şəhər rəhbəri Pyotr Afanaseviç Papkovun xüsusi mülkiyyəti olmuşdur. Papkovun Taqanroqu tərk etdikdən sonra bina gəlirli bina kimi istifadə olunmağa başlanmışdır. 1847 - 1856-ci illərdə burada qızları ilə birlikdə Y. Q. Morozovun qul arvadı yaşayırdı. Burada yaşayan qızlardan biri Anton Pavloviç Çexovun anası olmuşdur.
Papkovdan sonra bina vərəsə olaraq baronnese Fitinqofa keçmişdir. Sonradan isə bimanın sahibi general-mayor Aleksandr Qavriloviç Remi olur. 1840-41 illərdə Remini bu binada Mixail Yurieviç Lermontov ziyarət etmişdir. 1890-cı illərdə binanın sahibi Reminin həyat yoldaşı Yekaterina olur. Sonradan isə mülkiyyət Yekaterinanın qardaşı Nikolay Aleksadroviçin əlinə keçir. O, oktyabr inüilabından bir qədər əvvəl mülkiyyətə sahiblənir[2].
1900-cü illərdə Reminin vərəsələri binanı dövlət və şəhər müəsdisələrinə icarəyə verirlər. İlk əvvəllər burada hərbi idarə yerləşirdi. Burada dairə tipoqrafiyası daha sonra isə Taqanroq dairə rəyisi yerləşirdi. 1914-cü ildə Birinci dünya müharibəsinin başlaması ilə bina sanitar məqsədlərlə inşa edilməyə başlanılır. Sovet dönəmində binada kommunal mənzillər qəralaşırdı[3]. 1976-ci ildən bina yerli əhəmiyyətli mədəniyyət irs obyekti elan edilmişdir.