Parça bozbaş

Bozbaş və ya BozartmaAzərbaycanın milli yeməyi. Azərbaycan mətbəxinin şah yeməklərindən sayılan bozbaş sözü heç də bəzilərinin düşündüyü kimi "boz" və "baş" sözlərindən yaranmayıb. Qədimdə bütün yeməklərə "aş" deyilirdi. Əslində "bozbaş" sözü "bozardılmış aş" sözlərinin birləşməsindən əmələ gəlmişdir.

Küftə bozbaş
Tikə bozbaş

1 nəfərlik

150 qr qoyun əti, 15 qr ərinmiş yağ, 30 qr noxud, 100 qr kartof, yarım baş soğan, 15 qr tomat püre, quru nanə və tam üçün duz, istiot

Hazırlanma qaydası

[redaktə | mənbəni redaktə et]

Bozbaş üçün qoyun ətindən 50 – 60 qr – lıq 2 – 3 tikə ət götürülür. Noxud arıtlanıb 3 – 4 saat ərzində soyuq suda isladılır. Ət və noxud qazana qoyulub üstünə soyuq su tökülür və bişirilir. Kəfi alınır. Xörəyin hazır olmasına bir az qalmış içinə doğranmış baş soğan, soyulub doğranmış kartof və yağda qızardılmış tomat – püre qatılaraq bişirilir. Süfrəyə verilən zaman bozbaşın üstünə quru nanə səpilir. "Aşpaz" sözü də əslində "aşpəz" sözündən meydana gəlib.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]

2011-ci il 17-22 yanvar tarixlərində Macarıstanın paytaxtı Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində keçirilən Beynəxalq Mədəniyyət Festivalı çərçivəsində həftəsonu universitetin yataqxanasında yeməkxanada müxtəlif ölkələrin mətbəxindən yeməklər təqdim olunub. Günün nəticələrinə əsasən ən çox sifariş olunan yeməklərin arasında birinci yeri bozbaş qazanıb.[1]