Paradoksal süsən - (Iris paradoxa Steven. ) - süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.[1]
Paradoksal süsən | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Paradoksal süsən |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür. [2]
Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünən, gövdə 7—18 (23) sm, 1 iri təpə çiçəyi var. Yarpaqlar boz-göyümtül, dar-xətvari, 3–5 mm enindədir. Təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli—sivridir. Çiçəkyanlığının borucuğu yumurtalıqdan qısadır. Çiçəkyanlığının xarici tərəfi üfüqi genişlənmiş, xətvari, kürəkşəkill, 3—4 sm uzunluğunda, 10–12 mm enində, qara—bənövşəyi, yuxarı tərəfdə bir qədər parlaq zolaq var. Tozcuq mavi, qutucuq oval və ya ellipsivari 3 tilli, itidir, 5-7 sm uzunluğundadır. [2][3]
Çiçəkləmə dövrü aprel, meyvə əmələgətirmə may ayına təsadüf edir. Kökümsov və toxum vasitəsilə çoxalır. Aşağı dağ qurşağında quru, daşlı yamaclarda yayılmışdır. Kseromezofitdir. Geofit bəzək bitkisidir.[3][4][5]
Kiçik Qafqazın cənubu, Naxçıvanın dağlıq hissəsi (Vəlidağ və Dəhnə dağları ərazisində), Kür düzənliyi [3][5][6][7][8]
Populyasiyalarına nadir rast gəlinir, azalma tendensiyası müşahidə olunur.[9]
Antropogen amillər (növün bəzək bitkisi kimi yığılması, otarılma, tapdalanma) və iqlimin dəyişilməsi.[4]
Xüsusi mühafizə tədbirləri hal-hazırda aparılmır. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, soğanaq və toxumlarının toxum bankında saxlanılması vacibdir.