Paranoid şəxsiyyət pozuntusu

Paranoid şəxsiyyət pozuntusu — kənar şəxslərin nəzərində, adətən, qapalı, qeyri–səmimi həmişə özündən razı şəxs kimi tanınırlar. Eqoistlik və başqalarının fikri ilə razılaşmamaq meyli də bu xüsusiyyətə aiddir. Onların görüş dairəsi şəxsi keyfiyyətləri çərçivəsindən kənara çıxmır. Şəxsi həyatları mənəvi cəhətdən kasad olur, insanlarla yaxınlığa meyil etmirlər. Tənha yaşamağa çalışırlar. Başqalarının fikirlərini daim inkar edirlər, tənqidləri qəbul etmirlər. Onlar üçün tək həqiqət şəxsi fikirlərinin doğruluğudur. Fikirlərini qəbul etməyən şəxslərə düşmən gözü ilə baxırlar. Qannuşkin (1875–1933) fanatiklər olaraq qəbul etdiyi bir sinfi də paranoidlərə aid edir. Bu sinif öz maddi maraqları uğrunda deyil, qarşıya qoyduğu məqsəd uğrunda mübarizə aparırlar. "Kamikadze" adlandırdığımız insanlar bu tipin cinayət məsuliyyəti daşıyan psixopatlarıdır. Bu tipə dünyanı dəyişməyə çalışan dahiləri, inqilabçıları da aid edirlər.

Paranoid şəxsiyyət pozuntusu
XBT-10 F60.0
XBT-10-KM F60.0
XBT-9-KM 301.0[1][2]
MedlinePlus 000938
MeSH D010260
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. Disease Ontology (ing.). 2016.
  2. Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.