Parascaris equorum

At askaridi (lat. Parascaris equorum) — heyvanlar aləminin yumru qurdlar tipinin xromadoreyalar sinfinin askaridkimilər dəstəsinin askaridlər fəsiləsinin parascaris cinsinə aid heyvan növü.

At askaridi
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Fəsilə:
Növ:
At askaridi
Beynəlxalq elmi adı
  • Parascaris equorum

At askaridi atların nazik bağırsağında parazitlik edir. Bunlarda bədən qurdvarı formada olub, ucları sivridir. Dişi fərdlərdə bədənin hər iki ucu düz, erkək fərdlərdə isə arxa uc qarın tərəfə dogru qarmaq kimi əyilmişdir. Dişi fərdlər erkəklərə nisbətən uzun olur. Bədənin ön tərəfində ağız dəliyi terminalı yerləşir. O Üç kutikulyar dodaqla əhatə olunmuşdur. Daxili orqanlar ilk bədən boşluğunda yerləşir. İlk bədən boşluğu maye ilə dolu olur. Həzm sistemi ağız dəliyi, udlaq, orta bağırsaq və arxa bağırsaqdan ibarətdir. Axırıncı, anal dəliyi ilə xaricə açılır. Bağırsaq endodermal mənşəli, bir qatlı silindrik epiteli ilə örtülmüşdür. Cinsi sistem borucuqşəkilli quruluşa malikdir. Dişi fərdlərdə onlar cüt, erkəklərdə isə təkdir. Yumurtalıq və toxumluq sapşəkillidir. Onlardan sonra kiçik diametrli borucuq başlıyır. Getdikcə borucuğun diametri böyüyür və nəhayət, dişilərdə balalığa keçir. Onlar mayalanmış yumurtalarla dolu olur. Hər iki yumurtalıq bir ümumi axarda birləşərək balalıq yolunu əmələ gətirir. O, isə cinsi dəlik kimi xaricə açılır. Yumurtanın mayalanması balalıqda gedir. Erkək fərdlərdə toxumluqdan sonra toxumaparıcı kanal başlayır, sonra toxumçıxarıcı kanala keçir. Oradan da kloakaya açılır. Kloakaya eyni zamanda iki əyri spikula daxil olur ki, onlar kapulyasiya zamanı cinsi dəliyin genişlənməsində iştirak edir. Bunlar özünəməxsus ifrazat sisteminə malikdirlər. Bədən divarının ön tərəfinin daxilində 4 ədəd faqositar hüceyrələr yerləşir. Onlar bədən boşluğu mayesi ilə təmasda olarkən həll olmamış ifrazat məhsullarını özlərində toplayırlar. bundan əlavə bədənin sağ tərəfi boyu ifrazat kanalları uzanır. Kanalların arxa ucları kor qurtarır. Ön tərəfı isə tək məsamə ilə qarın tərəfə açılır. Askaridin bədən örtüyü əsasən kutikuladan və hipodermadan ibarətdir.Kutikula çoxqatlı şəffaf və güclü inkişaf etmişdir. O, parazitin bütün bədənini örtür və onu sahibin həzm şirələrinin təsirindən qoruyur. Digər tərəfdən kutikula paraziti bağırsağın peristaltik təsirindən mühafizə edir. Hipoderma kutikulanın altında yerləşir və sinsitial quruluşa malikdir. Askaridin hipodermal sinsitisi tipik örtük epitelisinin şəkildəyişməsidir. Bədən boyu hipodermanın 4 yastıqşəkilli qalınlaşması vardır. Onların ikiksi bel-qarın istiqamətində, digər ikisi isə bədənin yanlarında yerləşir. Onların təsirindən uzununa əzələ qatı 4 lentə ayrılır. Əzələ qatı birbaşa hipodermaya söykənir. Əzələ hüceyrələri mürəkkəb quruluşa malikdir.