Paratuberkulyoz

Paratuberkulyoz, Johne's disease - gövşəyənlərin xronikigedişli infeksion xəstəliyi olub diareya, enterit və kəskin arıqlıq ilə səciyyələnir.

Paratuberkulyoz
DiseasesDB 33739
MeSH D010283
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi məlumat

[redaktə | mənbəni redaktə et]

Xəstəliyin törədicisini ilk dəfə 1895-ci ildə X.Yone və Q.Frotinqem müəyyən etmişdir. 1906-cı ildə Danimarka alimi B.Banq xəstəlik törədicisi ilə buzovları yoluxduraraq eksperimental paratuberkulyoz almışdır. Xəstəliyi Rusiyada ilk dəfə başqa ölkələrdən gətirilən qaramal arasında, 1911-ci ildə I.I.Qordzyalkovski müəyyən etmişdir.

Azərbaycanda paratuberkulyozu ilk dəfə camışlar arasında K.M.Səfərov, qaramal və davarlar arasında M.Q.Qəniyev müəyyən etmişlər.

Iqtisadi zərər. Xəstə heyvanların həddən artıq arıqlığı, onların məhsuldarlı-ğının aşağı düşməsi, məcburi kəsim, məhdudlaşdırıcı tədbirlərin yerinə yetirilməsi nəticəsində təsərrüfatlara müəyyən dərəcədə iqtisadi zərər dəyir.

Paratuberkulyozun törədicisi turşuya, spirtə və antiforminə davamlı Mycobacterium paratuberculosis-dir. Amil uzunluğu 0,5-1,5 eni 0,2-0,5 mkm aerob, hərəkətsiz, spor və kapsula əmələ gətirməyən, polimorf çöplərdir. Amil bağırsaq şöbəsinin selikli qişasından hazırlanmış yaxmada topa şəklində, kokkobakteriya formasında müşahidə edilir. Xəstəlik törədicisinin yetişdirilməsi üçün kazein əlavə edilmiş Dyubo-Smit, Dankin, Ranjer, Qenli, eləcə də yumurta zülalı və qliserin qarışdırılmış-Dorset, Levenşteyn, Qona, Soton və Nurəliyev qida mühitlərindən istifadə edilir. Müəyyən olunmuşdur ki, qida mühitinə tuberkulin əlavə etdikdə xəstəlik törədicisi daha yaxşı inkişaf edir. Amil qida mühitlərində boy vermir, Sil-Nilsen və Qram-Muxa üsulu ilə yaxşı boyanır.[1]

Mycobacterium paratuberculosis xarici mühit təsirlərinə müəyyən qədər dözümlüdür. Belə ki, torpaqda və peyində 10-12 ay, suda və yemlərdə 8-10 ay sağ qalır. Xəstəlik terodicisinə 85 °C istilik 5 dəqiqəyə, günəş işığı 10 aya öldürücü təsir edir. Amil sidikdə-7 kün, sınaq şüşəsində 10-15%-li qliserin məhlulunda 10 ay öz virulentliyini saxlayır. Dezinfeksiyaedici maddələrdən 3%-li formaldehidi, 3%-li natrium qələvisi, 20%-li söndürülmüş əhəng məhlulları, 1:500 süleymani, 5%-li naften turşusu, 5%-li karbol turşusu, 5%-li kreolin məhlulları, eləcə də pasterizasiya amilə öldürücü təsir edir.

Epizootoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Paratuberkulyoza təbii halda, əsasən, qaramal və qoyunlar həssasdır. Camışlar, dəvələr nisbətən az, keçilər, marallar, yaklar nadir hallarda isə atlar həssasdırlar. Xəstəlik başlıca olaraq qaramalda 4 aylıqdan başla-yaraq 2-3 yaşda daha şiddətli keçir. Paratuberkulyozda birinci və ikinci doğumdan sonra daha çox təsadüf edilir. Xəstəliyin mənbəyi xəstə və bakteriyagəzdirən hey-vanlardır. Belə heyvanlar öz ifrazatları ilə (nəcis, sidik, süd, doğum yolu axıntısı) yemi, torpağı, döşənəkləri, otlaqları və su mənbələrini çirkləndirir. Xəstəlik törə-dicisi təbii halda sağlam orqanizmə alimentar yolla daxil olaraq gizli dövr keçirir.[2] Təcrübəyə əsaslanaraq körpələrin ana bətnində, eləcə də eksperimental olaraq xəstə qaramaldan nümunə götürərək quzu və qoyunları ağız vasitəsilə yoluxdurulması qeyd edilir. Xəstəliyin baş verməsi və yayılmasında yemin tərkibinin keyfiyyətsiz olması, birtərəfli yemləmə, uzunmüdətli turş yemlərdə (silos, üzüm cecəsi) yemlədikdə, mineral və vitamin çatışmazlığı, helmintlərlə yoluxma. istiyə və soyuğadüşmə, orqanizmin rezistentliyinin azalmasının rolu böyükdür. Xəstəlik ilin bütün fəsillərində müşahidə edilməklə, turş bataqlıq və duzlu torpaqlarda-tərkibində fosfor və kalsium az olan yemlərdən istifadə edildikdə baş verir. Paratuberkulyozun yayılmasında xəstəlik törədicisi ilə çirklənmiş xidmət vasitələrinin, eləcə də xəstə saxlanan binaların rolu böyükdür. Xəstəlikdən ölüm faizinin miqdarı şəraitdən asılı olaraq müxtəlif ola bilər.

Xəstəlik törədicisi həzm sisteminə düşdükdən sonra bağırsaqda əlverişli şəraitdə inkişaf edərək selikli qişanın epiteli və stroma qatının öz toksini ilə zədələyərək tədricən iltihablaşdırır. Xəstəlik törədicisi sonra retikuloendoteli hüceyrələrinin köməyi ilə foqositoza uğrayır. Bu zaman mikrobun qlafı steorin turşusu və mumaoxşar maddə ilə örtülür və nəticədə faqositoza tam uğramır və ya faq tərəfindən amil həll edilmir, beləliklə də amil hüceyrə daxilində çoxalmağa başlayır. Tədricən foqositlor böyüyur, nəticədə bağırsaq selik qişası sərtləşir, qalınlaşır, onun elastikliyi itir və orada qırışlar əmələ gəlir. Iltihab selikli qişanın çox hissəsini əhatə etdiyi üçün mədə-bağırsaqların normal fəaliyyəti pozulur, xəstə ardıcıl ishala tutulur, şiddətli arıqlıq baş verir, iltihablaşmış selikli qişalara infiltrasiya toplanır. Beləliklə orqanizm xəstəlik törədicisinin toksininə qarşı limfoid, epitelioid və başqa hüceyrələrin artması ilə cavab verir. Bağırsaq sistemində patoloji prosesin dərinləşməsi nəticəsində bakteriya qana keçərək bakteremiyaya səbəb olur. Bundan əlavə bağırsaqlarda fermentativ, sekretor və sorulma prosesi, eləcə də mineral su mübadiləsi pozulur. Bütün bunlar orqanizmin intoksiyaya uğramasına səbəb rdur. Xəstəliyin kəskin dövründə amil limfa düyünlərinə, parenximatoz orqanlarına, balalığa, balaya və yelin paycıqlarına keçir.

Gedişi və kliniki əlamətləri

[redaktə | mənbəni redaktə et]

Təbii yoluxmada xəstəliyin inkubasiya dövrü müxtəlif səbəblərlə əlaqədar olaraq 1-12 aya qədər davam edir. Lakin süni yoluxmada xırdabuynuzlu heyvanlarda inkubasiya dövrünün 1,5 aydan 3,5 aya qədər olması qeyd olunur. Paratuberkulyoz bir qayda olaraq xroniki keçdiyi üçün xəstəlik şərti olaraq iki dövrə bölünür. Birinci dövr klinik əlamətlər görünənə qədər olan dövr, ikinci dövr isə əlamətləri görünəndən sonrakı dövrdür. Qeyd etmək lazımdır ki, xəstədə kliniki əlamətlər olmadıqda xəstəliyi allergiki seroloji və bakterioloji üsulla müəyyən etmək mümkündür. Xəstəliyin açıq kliniki dövrü adətən birinci və ikinci doğumdan sonra başlayır. Xəstədə klinik əlamətlər tədricən, bəzən də birdən-birə kəskinləşir. Xəstədə iştahın olmasına baxmayaraq, arıqlamağa başlayır. Ümumi düşkünlük, çox yatmaq, çətin durmaq, südün azalması və kəsilməsi, orqanizmin ümumi temperaturunun normada olmaması kimi əlamət-lər müşahidə edilir. Xəstənin dərisi qabalaşır, tükləri pırpızlaşır və parlaqlığını itirir, xəstədə ishal başlayır. Ishal vaxtaşırı zəifləsə də get-gedə xroniki xarakter alır. Defikasiya əvvəl ağrısız və fasiləli olur. Sonralar xəstə şiddətlə gücənir, bel nahiyəsi donqarlaşır (lordoz), nəcis duru olmaqla aravermədən uzağa atılır. Anus sfinktoru uzunmüddotli qıcıq nəticəsində iflic olur. Bu səbəbdən də nəcis qeyri-ixtiyari axaraq arxa ətrafı və eləcə də quyruğu çirkləndirir. Nəcis duru olur, nəcis kutləsinin reaksiyası qələvi, rəngi göy-sarımtıl, qəhvəyi olmaqla içərisində qaz qabarcııqları olur. Bəzən nəcis qanla qarışır, selikli və pis iyli olur. Görünən selikli qişalar anemik olur. Bəzən xəstə heyvanların göz qapaqlarında, çənəarası sahədə, döş, qarınaltı, yelin nahiyəsində sulu şişlər müşahidə edilir. Xəstə arıqladıqca onun qabırğaları aydın görünür. Kütləli əzələlər (xüsusən arxa ətraf əzələləri) atrofiyalaşır və kiçilir. Xəstənin tənəffüsü normal, burun aynası və görünən selikli qişalar nəmli olur. Xəstə ishal nəticəsində çoxlu su itirdiyi üçün suya meyli artır. Sidiyi az-az xaric olunur və normada hiss edilir. Işkənbənin hərəkəti zəifləyir, bağırsaqların peristaltikası artır. Ishal əleyhinə dərman preparatları işlədilsə də onu dayandırmaq olmur. Bəzi xəstələrdə kliniki əlamətlər müşahidə edilməsə də uzunmüddətli bakteriya gəzdirməklə sağlam heyvanların yoluxması üçün qorxu törədir. Xəstələr həddindən artıq arıqladıqda tələf olurlar. Yaşlı heyvanlarda bir qayda olaraq xəstəliyin əlamətləri gizli keçir. Paratuberkulyoz qoyunlarda 85%-ə qədər latent formada keçir. Xəstələr arıqlayır, çənəarsı nahiyədə sulu şiş əmələ gəlir. Xəstənin yunu kobudlaşır, bəzi xəstələrin isə yunu tökülür. Xəstədə diareya başlayır. Paratuberkulyozun kliniki əlamətləri keçidə, maralda, dəvədə, camışda və qaramalda olduğu kimidir.

Patoloji-anatomik dəyişikliklər

[redaktə | mənbəni redaktə et]

Paratuberkulyozdan ölmüş cəmdəkdə gedən dəyişikliklər qaramalda daha yaxşı öyrənilmişdir. Cəmdək bir qayda olaraq arıq, selikli qişalar anemiki, duru qanlı olur. Əsas patoloji dəyişikliklər nazik bağırsaq sistemində və onun mezenteryal limfa düyünlərində müşahidə edilir. Patoloji pro-sesə tutulmuş bağırsaq sisteminin divarları normaya nisbətən 5-20 dəfə qalınlaşır. Bunun nətiçəsi olaraq bağırsaq yolu daralır, bəzən də tutulur. Bağırsağın selikli qişası üzərində qatı-boz rəngdə çöküntü əmələ gəlir ki, bunun səthini selik kütləsi örtür. Çox hallarda patoloji dəyişiklik nazik bağırsaqdan başlayaraq qalça-bağırsaq sisteminə qədər müşahidə edilir. Bağırsaq divarlarının belə şiddətli prosesə tutulması nəticəsində onun səthi beyin qırışlarını və ya qaragül quzusu dərisinin tük qıvrımlarını xatırladır. Qırışıqların səthində qan sağıntılarına təsadüf edilir. Korbağırsağın selikli qişası boz-göyümtül rəngdə olmaqla müəyyən qədər dəyişir. Çənbər və düzbağırsaqda belə dəyişikliyə təsadüf olunur. Xəstəlikdən ölmüş cəmdəyin üzvlərində mədə-bağıraqda gedən patoloji dəyişiklik K.Səfərova görə şirdanda 50%, onikibarmaq bağırsaqda-13,6%, nazik bağırsaqda-68%, qalça bağırsaqda-31,8%, korbağırsaqda-36,8%, çənbər və düzba-ğırsaqda-31,3%, müsaqirə düyümlərində 68,6% ola bilər. Bundan əlavə cəmdəyin müsaqirə limfa düyünlərşşn şişməsi kəsdikdə onun içərisindən sulu maye axması, səthlərində hiperemiya olması görünür. Ürək əzələsi solmuş (anemiki) və ya yumşalmış olur. Qan pis laxtalanmaqla, açıq-qırmızı və sarımtıl olur. Döş və qarın boşluğuna, eləcə ürək kisəsinə qanlı maye toplanır. Bir çox hallarda patoloji dəyişikliklər qaraciyərdə, böyrəklərdə, sidik kisəsinin selikli qişasında qan sağıntıları kimi dəyişikliyə rast gəlmək olur. Camışda, maralda və qoyunda patoloji dəyişiklik demək olar ki, qaramalda olduğu kimidir. Dəvədə patoloji dəyişikliyi göstərilənlərdən əlavə, ürəkdə ziyilli endokard, nefroz, eyni zamanda udlaq, qırtlaq, baş nahiyəsinin limfa düyünlərində görmək olar. Müayinə zamanı bağırsaq xovları üzərində ocaqvarı və ya diffuz formada epitelioid, limfoid, histosid və makrofaqların olması müşahidə edilir.

Paratuberkulyoza diaqnoz qoymaq üçün xəstəliyin epizootoloji, kliniki əlamətlərinə, patoloji-anatomik dəyişikliklərinə, laborator, seroloji və allergik müayinəsinə əsasən qoyulur. Laborator müayinə üçün patoloji nümunə xəstə heyvanın düzbağırsağının selikli qişasından qaşıntı, şişmiş limfa düyünlərindən punktat ölmüş cəmdəkdən isə nazik bağırsaq şöbəsinin 4-5 yerindən götürülərək 30%-li qliserin məhlulunda göndərmək olar. Lakin histoloji müayinə üçün göndərilən nümunə 10%-li formalin məhlulunda göndərilməlidir. Bundan əlavə KBR (komplementin birləşməsi reaksiyası) qoymaq üçün qan alıb laboratoriyaya göndərilir. Laboratoriyaya göndərilmiş nümunələrin xarakterindən asılı olaraq yaxma hazırlanır. Yaxma Sil-Nilson üsulu ilə boyanıb bakteriyanın morfoloji quruluşuna nəzər yetirilir. Ancaq xəstəlik törədicisinin təmiz kulturasını almaq lazım gələrsə, bu vaxtı gətirilmiş nümunələrdə müvafiq qida mühitlərinə əkilir və termostatda yetişdirilir. Xəstəlik törədicisi termostatda 15-20 gün müddətində yetişdirilir. Sonra qida mühitində əmələgələn koloniyalardan yaxma hazırlanıb mikroskopiya edilir. Xəstəlik törədicisi laborator heyvanları üçün patogenliyi zəif olduğuna görə onları yoluxdurmaq məsləhət deyildir. Paratuberkulyoza görə qeyri-sağlam təsərrüfatlarda 10 aylıqdan yuxarı xəstəliyə şübhəli heyvanları quş tuberkulini ilə, 18 aylıqdan yuxarı yaşda isə KBR-in köməyi ilə müayinə etmək olar. Tuberkulin qaramala boynun üçdə bir hissəsinə dərialtına 2 yaşa qədər olan heyvanlara 0,2 ml, 3 yaşdan yuxarı olanlara-0,4 ml vurulur. Tuberkulinə qarşı reaksiya bir qayda olaraq 48 saat fasilə ilə iki dəfə eyni nahiyəyə və eyni dozada tətbiq edilir. Reaksiyanın nəticəsi 24 saatdan sonra yoxlanır.Əgər inyeksiya yerində dağınıq, xəmirvarı, ağrılı, yerli temperaturlu şiş əmələ gəlirsə reaksiya müsbət və heyvan xəstə sayılır. Göstərilən əlamətlər müşahidə olunursa, heyvan şübhəli, lakin göstərilən əlamətlər olmasa heyvan sağlam sayılır. Arıq heyvanlar doğuma bir həftə qalmış və doğumdan bir həftə keçənə qədər vaksinasiya edilmir, eləcə də vaksinasiyadan iki həfqə keçməmiş allergiya reaksiyası qoyulur. Qoyunlarda paratuberkulyozun allergik diaqnozu quş tipinə aid olan təmiz tuberkulinlə aparılması məsləhət görülür. Tuberkulin birdəfəlik 0,2 ml doza ilə alt göz qapağının dibinə dərialtına vurulur. Reaksiyanın nəticəsi 48 saatdan sonra yoxlanır, əgər inyeksiya yerində iltihablı şiş əmələ gəlirsə, heyvan xəstə sayılır. Başqa növ heyvanlarda diaqnoz xəstəliyin epizootoloji, kliniki, patoloji-anatomik, histoloji və bakterioloji müayinəsinə əsasən qoyulur.

Təfriqi diaqnoz

[redaktə | mənbəni redaktə et]

Paratuberkulyozu qeyri-infeksion enteritdən, tuberkulyozdan, stronqlidiozdan, koksidiozdan, mis çatışmazlığı və molibdenlə zəhərlənmədən təfriq etmək lazımdır. Qeyri-infeksion enteritli heyvanların şəraitini yaxşılaşdırdıqda və müalicəvi dərman preparatları tətbiq etdikdə heyvan sağalmağa başlayır. Stronqlidioz və koksidioz paratuberkulyozdan, kaproloji müayinəyə əsasən təfriq edilir. Paratuberkulyozu tuberkulyozdan təfriq etmək üçün allergiya və patoloji-anatomik müayinə əsas sayılır. Molibdenlə zəhərlənən və mis çatışmazlığı olan heyvanda gözətrafı tüklər tokülür, hərəkət koordinasiyasi pozulur və şiddətli arıqlıq görünür. Lakin yem payına çatışmayan maddələri əlavə etdikdə xəstəlik prosesi davam etmir.

Xəstəlik əleyhinə hələlik yaxşı təsir edən müalicə vasitəsi öyrənilməmişdir.

Təbii və süni yoluxmuş heyvanda allergik və seroloji reaksiyanın müsbət nəticə verməsi xəstəliyə qarşı orqanizmin cavab reaksiyası və immunitetii olmasını göstərir. Bundan əlavə 1926-cı ildə Valle və Rejer tərəfindən təklif olunan diri vaksinin Fransada və Ingiltərədə müsbət nəticə verməsi qeyd olunur. Lakin bu preparat inyeksiyadan sonra heyvanlarda sensibilizasiyaya səbəb olduquna görə spesifik vasitə (vaksin) kimi tətbiq edilməsi odəsləhət görülmür.

Profilaktika və mübarizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Təsərrüfatı paratuberkulyozdan qorumaq üçün sağlam təsərrüfatlardan heyvan və yem gətirilməsi qadağandır. Əgər təsərrüfata yeni heyvanlar gətirilərsə bir qayda olaraq 30 gün müddətində profilaktik karantində saxlanılmalıdır. Təsərrüfatda olan heyvanlar növünə görə bir-birinə qarışmamaq şərti ilə otlaq, suvarma, bina şəraitində ayrı saxlanmalıdır.[3] Təsərrüfatda xəstəlik müəyyən edildikdə həmin təsərrüfat paratuberkulyoza görə qeyri-sğalam elan edilərək məhdudlaşma tədbiri aparılır və sağlamlaşdırma işi görülməlidir. Paratuberkulyoza görə kliniki xəstələr və allergik-seroloji müayinəyə müsbət cavab verən cavanların hamısı ümumi sürüdən təcrid edilib ət hazırlığına verilir. Bundan əlavə həmin təsərrüfatda 18 aydan yuxarı yaşda olan və seroloji reaksiyaya müsbət cavab verən heyvanlar izolə edilib 15-20 gündən sonra təkrar KBR-ə, iki dəfə alt tuberkulinə qarşı müsbət reaksiya verən heyvanlar isə izolə edilib ət üçün kəsilməyə verilir. Qalan heyvanlar ildə iki dəfə (yazda-paızda) seroloji və allergiki üsulla yoxlanılmalıdır. 10-18 aylıqlar iki dəfə quş tipi tuberkulini ilə dərialtına vurulur, yoxlanır, müsbət və şübhəli nəticə verənləri ət üçün kəsilməyə göndərilir və bu yolla süru sağlamlaşdırılır. Qalan heyvanlar isə sağlam sayılaraq ümumi sürüyə qaytarılır. Xəstə heyvanlardan doğulmuş buzovlar kəsilməyə verilir. Lakin qeyri-sağlam təsərrüfatdakı sağlam inəklərdən alınan buzovlar ayrı saxlanır və birinci 5 günlükdə ağızsüdü ilə yemlənir, sonra isə 10-12 aylığa qədər pasterizə edilmiş südlə saxlanmalıdır. Belə ki, həmin heyvanlar iki dəfə allergiya reaksiyası ilə yoxlanır. Sağlam olan cavan heyvanları başqa təsərrüfata keçirməyə icazə verilmir. Qeyri-sağlam təsərrüfatdan alınmış südu və istifadə edilən süd qablarını zərərsizləşdirmək lazımdır. Ferma ərazisi mexaniki təmizləndikdən sonra dezinfeksiya edilməlidir. Peyin biotermiki yolla zərərsizləşdirilməlidir. Kliniki xəstə heyvanlardan sağılan süd ləğv edilməlidir. Şübhəli heyvanlardan sağılan süd pasterilizasiya və ya qaynatma yolu ilə zərərsizləşdirilib istifadə edilir. Sağlam heyvanlardan sağılan süd tərəddüdsüz olaraq istifadəyə verilir. Arıq cəmdək utilə verilir. Orta və kök cəmdəklərin prosesə tutulmuş orqanları utilə verilir. Qalan hissə məhdudsuz olaraq istifadəyə verilir. Paratuberkulyoza görə qeyri-sağlam təsərrüfatda planlı olaraq allergik və seroloji reaksiyalar vasitəsi ilə yoxlanması məsləhət görülür. Xəstə heyvanlar otarılmış otlaqlar bir qayda olaraq mövsüm keçəndən sonra sağlam sayılır. Bundan əlavə, xəstəliyin qarşısını almaq üçün turş torpaqlarda qələviləşdirici tədbirlər aparmaq lazımdır. Cari dezinfeksiya məqsədilə 5%-li xlorlu əhəng məhlulu, 3%-li natrium qələvisi, 5%-li kreolin və 3%-li formaldehid məhlulu işlədilir. Axırıncı xəstə və ya müsbət reaksiya hadisəsindən 3 il sonra təsərrüfat paratuberkulyoza görə sağlam sayıla bilər. Dəvə, maral, qoyun-keçi və başqa heyvanlar arasında paratuberkulyozlu xəstə çıxanları kəsmək yolu ilə ləğv etmək məsləhətdir.

  • AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI,AZƏRBAYCAN DÖVLƏT AGRAR UNIVERSITETI
  • Mövzu:9 “KAMBİLOBAKTERİOZ, PARATUBERKULYOZ VƏ QOYUN-KEÇİLƏRİN İNFEKSİON AQALAKTİYASI” (Mühazirəçi: dos. Ələsgərov Z.Ə.)
  • R.A. Qədimov, İ.B. Məmmədov, S.Ə. Culfayev “Xüsusi epizootologiya”, “Azərnəşr”, Bakı, 1990.
  • Z.Ə.Ələsgərov, E.M.Ağayeva, Q.Ə.Dünyamalıqev “Baytarlıq virusologiyası”. Azərnəşr-2009
  • Z.Ə. Ələsgərov “İnsanlar üçün təhlükəli heyvan xəstəlikləri”, “Azərnəşr”, Bakı, 2006. A.A. Konopatkin və başqaları “Epizootologiya və k/t heyvanlarının infeksion xəstəlikləri”, Moskva, “Kolos”,1984.
  • R .A. Qədimov, M.Ə. Tağızadə “Baytarlıq mikrobiologiyası”, “Maarif”, Bakı, 1986.
  • R. A.Kadımov ,A.A. Kunakov, V.A. Sedov «İnfeküionnıe bolezni oveü», «Kolos», Moskva,1987. R.A. Qədimov, İ.B. Məmmədov, Z.Ə. Ələsgərov “Epizootologiya”, “Elm”, Bakı, 1998.
  1. Sığırların İç Hastalıkları Semptomdan Tanıya Tanıdan Tedaviye (2. nəşr). Prof. Dr. H. BATMAZ
  2. OIE Terrestrial Manual 2014
  3. Geviş Getiren Hayvanların İç Hastalıkları, Editor: Y. GÜL