Parazit göbələkləri

Parazit göbələklər — bitki xəstəliklərini törədən göbələklərdir.

Parazit göbələyinin törətdiyi xəstəliklər

[redaktə | mənbəni redaktə et]

Parazit göbələyinin törətdiyi xəstəliklər aşağıdakılardı:

  • Sürmə — Çiçəkli orqanlarda müşahidə olunur; sünbülləşmə zamanı qaralmış yaxud formasını itirmiş sünbül xaricə çıxır.
  • Çovdar mamırı — Çovdar çiçəkləyən zaman göbələyin sporları yumurtalığı zədələyir. Nəticədə dən yerinə tünd qəhvəyi rəngdə buynuzcuq əmələ gəlir. Məhsuldarlığı kəskin azaldır.
  • Pas göbələkləri — Zədələnmiş bitkilər narıncı və ya pas rəngdə ləkələrlə örtülür.
  • Kartof çürüməsi — Bitkilərin yarpaqlarını zədələyir, onların üzərində tünd ləkələr əmələ gəlir. Rütubətli havada qaralır və çürüyür, güclü zədə onları məhv edir. Kartof yumurtalarını və pomidorun meyvələrini zədələyir.
  • Mildium — Üzüm meyvəsinin (tənək) təhlükəli parazitidir, ilk növbədə budaq, meyvə və xüsusilə yarpaqları zədələyir. yarpağın alt tərəfində sporangidən yaranmış boz ərp əmələ gətirir. Zədələnmiş yarpaqlar quruyur və tökülür. Məhsuldarlıq kəskin azalır.
  • Qov göbələkləri — Oduncaq və özək zədələnərək dağılır. Gövdələrdə böyük koğuşlar əmələ gəlir. Bir neçə ildən sonra ağaç məhv olur.

Xəstəlik törədən göbələklər

[redaktə | mənbəni redaktə et]
  • Sürmə sırası, Ustilaqo — Göbələk özündən başqa bitkinin bütün hissələrini zədələyir. Zədələmə çiçəkləmə vaчtı baş verir. Cücərən mitseli yumurtalığa daxil olur. Dəndə cücərənə qədər qalır. Zədələnmiş dən sağlamdan çox az fərqlənir. Xəstəlik çiçəkləyən zaman özünü büruzə verir. Xlamidosporlar yerə düşür və bitkiləri yoluxdurur.
  • Çovdar mamırı — Buynuzcuqlar tökülür və torpaqda qışlayır. yazda onlarcücərir və çovdar çiçəkləyəndə sporlarla dolu başcıq əmələ gətirir. Yetişdikdə başcıqlar çatlayır, sporlar küləklə yayılır, çovdarın çiçəklərinə düşür və yumurtalığı zədələyir (yoluxdurur). Buynuzcuqlar təbabətdə istifadə olunur (qankəsici.)
  • Punksiniya -Daxili mitseli
  • Kartof göbələyi, Fitoftora — Mitseli yarpağın daxilində yerləşib. Sporanqidaşıyıcılar ağızcıq vasitəsilə xaricə çıxır. Onların uclarında açılıb və küləklə, yaxud yağış damcıları ilə yayılan zoosforlar formalaşır. yarpağın üzərinə düşdükdə sporongilər 6–8 zoosporla cücərir. torpaq vasitəsilə yumurulara keçir. Sporangi və mitseli torpaqda uzum müddət qala bilmir və tez məhv edir.
  • Plazmopora vitikola
  • Qov göbələyi, əksəriyyəti parazit həyat keçirən geniş göbələk qrupu

Mübarizə tədbirləri

[redaktə | mənbəni redaktə et]
  1. Dənmeyvənin termik emalı. Formalin və qranazan məhlulu ilə toxumların yeyindirməsi (yandırılması), zədələnməmiş sahədən səpin materialının seçilməsi bitkinin böyüməsini sürətləndirən aqrotexnik tədbirlər (göbələk böyümə nöqtəsi) çatdıra bilmir.
  2. Davamlı sortların yetişdirilməsi.
  3. Kükürd preparatlarla payızlıq sortların yandırılması.
  4. Kimyəvi müdafiə (bordo mayesi, funqsidlər).
  5. Mübarizə bitkilər bordo məhlul ilə qoruyucu çiləmə yolu ilə aparılır.
  6. Gövdələri zədələnmədən qorumaq. Ağacın üzərindən meyvə cismlərini qoparıb yandırmaq. Xilası mümkün olmayan yoluxmuş ağacları imkan daxilində kəsmək.
  • Bitkilər. Bakteriyalar. Göbələklər. Şibyələr — Bakı, "Şərq-Qərb", 2010.
  • Серебрякова Т. И., Еленевский А. Г., гуленкова М. А. и др. Биология: Растения, бактерии, грибы, лишайники. 5изд. — М.: "Просвещение", 1999.