Paris-Dofin Universiteti (fr. Université Paris-Dauphine) — Fransa Respublikasının paytaxtı Paris şəhərində yerləşən ali təhsil müəssisəsi;
Paris-Dofin Universiteti | |
---|---|
48°52′14″ şm. e. 2°16′26″ ş. u.HGYO | |
Əsası qoyulub | 1968 |
Tip | Dövlət |
Rektor | Laurent Batş[1] |
Tələbə sayı | 10,000 |
Şəhər | Paris şəhəri |
Ölkə | |
Sayt | dauphine.psl.eu |
Vikianbarda əlaqəli mediafayllar |
Paris-Dofin Universiteti 1968-ci ildə Paris Universitetində keçirilən islahatlar nəticəsində təsis olunmuşdur.[2]
Hazırda bu universitet Parisin qərbində, NATO-nun keçmiş qərərgahında yerləşir.[2]
Universitetin tərkibinə Maliyyə İnstitutu və Riyazi Tədqiqatlar Mərkəzi daxildir.[2] Universitetdə əsas diqqət tətbiqi riyaziyyat, informatika və idarəçilik sahələrində tədqiqatların inkişafına ayrılır.[2]
Burada 10 min tələbə təhsil alır və təxmini 365 müəllim çalışır.
Paris-Dofin Universiteti iqtisadiyyat və 60 istiqamətdə idarəetmə sahəsində ən yaxşı ali təhsil müəssisələrindən biridir.[2]
Universitetin Fransanın özəl və dövlət şirkətləri ilə sıx əlaqələri burada müəssisələrin maliyyələşməsi, maliyyə menecmenti, dövlət və bələdiyyə maliyyələri kimi fənlərin yüksək səviyyədə tədris olunmasına imkan yaradır.[2] Bu fənlərin müəllimləri universitetin 23 tədqiqi mərkəzlərində fəal şəkildə araşdırmalar aparırlar.[2]
Universitetdə maliyyə, bank işi və sığortalama üzrə magistr proqramları çox məşhurdular.[2] Magistr proqramına əsas iqtisadi anlayışlar (marko və mikro iqtisadiyyat, təhlilin kəmiyyət üsulları) və həmçinin xüsusi fənlər (maliyyə təhlili, bank texnologiyaları və məhsulları, maliyyə idarəçiliyi, beynəlxalq maliyyələr və s.) daxildir.[2]
Universitet dünyanın təxminən 90 ali təhsil müəssisələri ilə saziş bağlayıb.[2]
1994-cü ildə universitetin professoru Pyer Lui Lion "Filds medalı"na layiq görülmüşdü.[2]