Paris sülh müqaviləsi (1801)

Paris sülh müqaviləsiParisdə Pusiya ilə Fransa arasında 26 sentyabr (8 oktyabr) 1801-ci ildə rus səfiri qraf A.İ. Morkov və Fransanın xarici işlər naziri Taleyran arasında bağlanmış sülh müqaviləsidir. Müqavilə Rusiyanın Fransaya qarşı müharibədə Rusiyanın İkinci koalisiyanın tərkibində iştirakını rəsmiləşdirdi.

Müqavilənin bağlanması səbəbləri

[redaktə | mənbəni redaktə et]

Öz müttəfiqlərindən - İngiltərə və Avstriyadan narazı olan Rusiya imperatoru I Pavel fransızlara qarşı vuruşan rus ordusunu geri çağırmaqla faktiki olaraq Fransa əleyhinə olan ikinci koalisiyanın tərkibindən çıxdı. Fransanın I konsulu Napoleon Rusiyanın simasında İngiltərəyə qarşı müharibədə özünə müttəfiq qazanmaq üçün I Pavellə sülh və müttəfiqlik haqqında danışıqlara başladı. I Pavelin sui-qəsd nəticəsində öldürülməsi Napoleonun Rusiya ilə müttəfiqlik münasibətlətinin yaratmaq ümidlərini heçə endirdi, Lakin I Paveli əvəz edən I Aleksandr Fransa ilə sülh danışıqlarını davam etdirdi.

Sülhün şərtləri

[redaktə | mənbəni redaktə et]

Hər iki tərəf bağlanmış müqavilənin şərtlərindən narazı idi. Rusiya fransız qoşunlarının İtaliyadan tamamilə çıxarılmasına və Almaniya imperiyasının daxili işlərinə qarışmaq sahəsində öz üstünlüyünü saxlaya bilmədi. Fransa hökumətinin İtaliya ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınması və onun Almaniya məsələsində birtərəfli fəaliyyəti Paris ilə Peterburq arasında münasibətlərdə soyuqluğu daha da artırdı. Napoleon Bonapartın hərəkətlərini ehtiyatla izləyən I Aleksandr İngiltərənin Fransa əleyhinə ittifaq bağlamaq təklifinə meyl göstərdi.

1804-cü ildə Fransa ilə Rusiya arasında diplomatik münasibətlər pozuldu, sonralar isə Rusiya Fransa əleyhinə olan üçüncü koalisiyaya qoşuldu.