Parisdə partlayış — 12 yanvar 2019-cu il tarixində Paris şəhərinin IX dairəsindəki «Treviz» küçəsində baş vermiş partlayış hadisəsi.[1] Partlayış hadisəsində iki yanğınsöndürən, bir İspaniya vətəndaşı turist və bir qadın həlak olmuş, 10-u ağır olmaqla 47 nəfər yaralanmışdır.[2] Yerli prokuror Remi Heytsin verdiyi məlumata görə partlayışa səbəb qaz sızıntısı idi. Yağınsöndürənlər partlayışdan əvvəl əraziyə qaz sızıntısı təhlükəsi barədə məlumat aldıqdan sonra tədqiqat aparmağa gəlmişdilər.[3]
Parisdə partlayış | |
---|---|
Növü | Partlayış |
Səbəbi | Qaz sızıntısı |
Ölkə | Fransa |
Yeri |
«Treviz», IX dairə, Paris, Fransa |
Tarix | |
Ölü sayı | 4 (2-si yanğınsöndürən) |
Yaralı sayı | 47 (10-u ağır) |
Vikianbarda əlaqəli mediafayllar |
Partlayış hadisəsindən əvvəl yanğınsöndürənlər bir qaz sızıntısı barədə verilən məlumat əsasında çörək zavodunda tədqiqat aparırdılar. Partlayış ətraf tikililəri dağıdan və avtomobilləri işləksiz hala gətirən bir yanğına səbəb olmuşdur.[4] Hadisə yerində olan mülki şəxslər partlayışın ətraf binalardakı insanların binalardan çıxa bilməməsinə və dağıntıların, eləcə də şüşə qırıntılarının küçəyə səpməsinə səbəb olduğunu bildiriblər.[5]
Hadisə yerinə 200-dən çox yanğınsöndürən, Fransa Daxili İşlər Naziri Kristof Kastaner, Fransa Baş Naziri Eduard Filipp və Paris şəhərinin meri Ann İdalqo gəlmişdi.[6]