Parisdə terror hadisələri (noyabr, 2015) (fr. Attentats du 13 novembre 2015 en Île-de-France) — 13 noyabr 2015-ci ildə, yerli vaxtla 21:16-da başlayan, Parisin birinci, onuncu və on birinci dairələri ilə birlikdə birlikte Stad de Frans stadionunda baş vermiş silahlı və bombalı terror hücumları. Bataklan teatrında baş vermiş girov alma hərakatı ilə yanaşı Parisdə 3 bombalı və 6 silahlı teror hücumunun baş verdiyi bildirilmişdir.
Parisdə terror hadisələri | |
---|---|
Terrorizm | |
Hücum yeri |
Paris, Fransa |
Hücum hədəfi |
|
Vaxt |
13 noyabr 2015 – 14 noyabr 2015; 21:16 – 00:58 |
Hücum üsulu | Silahlı hücum, bombalama, girov götürmə və kamikadze bombalaması |
Silah |
|
Həlak olanlar | 132 vətəndaş, 7 terrorçu |
Yaralılar | 349 (96-sı ağır yaralı)[1] |
Terrorçu sayı |
7 nəfər[2]
|
Təşkilatçılar | İŞİD[4] |
Vikianbarda əlaqəli mediafayllar |
Ölü sayı dəqiq bilinməsə də, hadisələrdə 158 nəfərin öldüyü bildirilir. Bir xəbər qaynağına görə terror hücumu 6 nəfər tərəfindən həyata keçirilmişdir. Fransa polisi hücumlara 2 kamikadzenin də qatıldığını açıqlamışdır.
Yerli vaxtla 23:58-da yayımlanan açıqlamasında Fransa prezidenti Fransua Olland fövqəladə vəziyyət və ölkənin bütün sərhədlərinin bağlanması haqqında göstəriş verib. Fransa sərhədləri İkinci dünya müharibəsindən sonra ilk dəfə bağlanmışdır. Sonuncu dəfə Əlcəzair müharibəsində bütün Fransanı bürüyən fövqəladə vəziyyət elan olunmuşdu.[5]
Hücumlar Parisin 10-cu dairəsindəki "Le Petit Cambodge" adlı restorana ve Parisin şərqində 11-ci dairədəki Bataklan adlı teatr zalına edilmişdir. Bataklan teatrında ən az 100, digər altı dairədə baş vermiş hücumlarda isə ən az 40 nəfər ölmüşdür.
Hücum zamanı Fransa ilə yanaşı 11 ölkə — Belçika, Böyük Britaniya, İsveç, İspaniya, Portuqaliya, Rumıniya, Əlcəzair, Tunis, Mərakeş, ABŞ və Çili vətəndaşlarının qətlə yetirildiyi Fransa rəsmi qurumları açıqlayıb.
14 noyabr:
Ən az 6 silahlı hücum, üç partlayış 7 fərqli nöqtədə baş vermişdir. Silahlı hücumlar Rue de la Fonten-au-Roi, Rue de Şaron və Rue Bataklan küçələrində baş vermişdir.
Parisin 10-cu dairəsində yerləşən "Petit Cambodge" ("Kiçik Kamboca") restoranında həyata keçirilmiş terror hücumunda dörd nəfər həyatını itirmişdir. Terrorçular Sent-Martin kanalının yaxınlığında yerləşən "Le Carillon" barının xaricində gözləyən insanlara atəş açmışdırlar. Associated Press xəbər agentliyinin polislərdən aldıqları məlumata görə restoranda 11 nəfər həlak olmuşdur.
Parisin 11-ci dairəsində yerləşən Bataklan teatrında ABŞ rok qrupu "Eagles of Death Metal"ın konserti zamanı silahlı hücum və girov hadisəsi baş vermişdir. Qrupun lideri Cesse Hays qaça bilmişdir. 100 nəfər isə girov alınmışdır. Qaçmağı bacaran girovlardan biri terroçuların 5–6 nəfərdən ibarət olduqlarını, onların Suriyadan bəhs etdiklərini bildirmişdir. Europe-1 müxbiri Culian Pirs maska taxmayan 2–3 hücumçunun insanlara atəş açdığını gördüyünü bildirmişdir. Polisin basqını nəticəsində 2 terrorçu öldürülmüşdür və girov krizisi başa çatmışdır. Basqın yerli vaxtla saat 00:58-də tamamlanmışdır. Polis mənbələri teatrında 100-ə yaxın insanın öldüyünü bildirir.
Parisin Sen-Denis bölgəsində yerləşən Stad de Frans stadionunun yaxınlığında yerləşən bir barda baş vermiş partlayışda ən az 10 nəfər həyatını itirmişdir. Fransa prezidenti Fransua Olland hücum zamanə Fransa və Almaniya milli futbol komandaları arasında keçirilən dostluq oyunana tamaşa etmək üçün stadionda idi.[8] Prezident təhlükəsiz şəkildə stadiondan uzaqlaşdırıldı[9] və Fransa Daxili İşlər Naziri Bernard Kazenev ilə görüşdü.[10] Oyun canlı yayımlanırdı. Oyunun ardından azarkeşlər stadiondan təxliyə olunmuşdur.
Şəxsiyyəti məlum olmayan bir şəxs tərəfindən Rue Bichat küçəsinin cənubundakı Rue de la Fontaine-au-Roi küçəsində yerləşəm italyan restoranı "La Casa Nostra" terrasında atəş açmağa başlamışdır.[11] Bu bölgədə 5 nəfərin öldüyü bildirilmişdir.[12] Bir şahidə görə onlar bir terrorçu tərəfindən 3–4 əl atəşlə öldürülmüşdülər[13]
İki terrorçu Parisin 11-ci blgəsindəki Charonne küçəsindəki "La Belle Équipe" restoranının terrasından yerli vaxtla 21:50-da bir neçə dəqiqə atəş açmışdırlar. Fransa polisi burada 18 nəfərin öldürüldüyünü bildirmişdir.
Hücumlardan bir neçə saat sonra parislilər Twitter-də #PorteOuverte ("#AçıqQapı") heşteqindən istifadə edərək hücumlara öz etirazlarını bildirməyə başlamışlar.[14]
ABŞ-də yaşayan fransız tələbələr Yunion-skverdə toplaşmış, şam yandırmış və Marselyeza himnini oxumuşdurlar.[15]
Hadisələrdə ölənlərin xatirəsinə hörmət əlaməti kimi bir çox struktur Fransa bayrağının rənglərinə boyanmışdır: Nyu-Yorkda Azadlıq qülləsinin başı, Torontoda CN qülləsi,[16] Avstraliyada Sidney Opera Teatrı, Londonda Uembli stadionunun qövsü və s.[17]
17 noyabrda Azərbaycanda keçirilən Azərbaycan-Moldova və Türkiyədə keçirilən Türkiyə-Yunanıstan futbol matçlardan öncə Parisdə ölənlərin xatirəsinə bir dəqiqəlik sükutlar elan olunmuşdu. Həm Azərbaycanda, həm də Türkiyədə matça gələn azarkeşlər bunu fitnən qarşıladılar.[18]