Pariya yarımadası (isp. Paria) — Cənubi Amerikanın şimal-şərqində, Venesuela ərazisində yerləşən yarımada. Karib Andının davamını təşkil edir. Karib dənizi suları ilə əhatələnir. Eyni adlı körfəzi isə şimal hissədən əhatələyir. Trinidad adasından Bokas del Draqon boğazı ilə ayrılır. Uzunluğu 120 km-dir. Şimal hissəsi dağlıq (1254 m), cənubu isə alçaqdır. İqlimi subekvatorialdır. Dağların şimal ətətlərində kserofit bitki və kollar, cənubda meşələr, cənub-qərbdə isə kakao təsərrüfatları yayılmışdır.
Pariya yarımadası | |
---|---|
Paria | |
Yerləşməsi | |
10°42′ şm. e. 63°30′ q. u. | |
Akvatoriya | Karib dənizi |
Ölkə | Venesuela |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yarımada Sukre ştatı ərazisinə daxildir. Yarımadada Pariya Yarımadası Milli Parkı yerləşir.