Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Parlamentli monarxiya tarixdə ilk dəfə İngiltərədə mövcud olmuşdur kral Vilhelm(1689-1702)-in taxda çıxan kimi imzaladıgı “Hüquqlar h
haqqında bəyənnamə(Hüqüqlar haqqında bill)-in şərtlərinə əsasən Kral:
1)Parlamentin qəbul etdiyi qanunları ləğv edə bilməzdi.
2)Vergilərin vaxtını miqdarını müəyyən edə bilməzdi.
3)Parlamentin razılığı olmadan ordu saxlaya bilməzdi
Həmçinin:
1)Qanunlar kralın imzasından sonra qüvvəyə minirdi
2)Andlılar məhkəməsinin hüquqları genişləndirildi
3)Hökümət dəyişmələri yalnız parlament yolu ilə həyata keçirilə bilərdi
Beləliklə, dünyada ilk dəfə İngiltərədə parlamentli monarxiya hakimiyyət forması müəyyən edildi. Hakimiyyət kraldan ikipalatalı parlamentə keçdi. Parlamentin qəbul etdiyi qanunlar hamı üçün məcburi idi. Hökumət parlament seçkilərində qalib gələn partiyanın (mühafizəkar və liberal) üzvlərindən təşkil olunurdu. Parlament hökuməti formalaşdırırdı.
Ölkədə hüquqi dövlət, vətəndaş cəmiyyətinin rüşeymləri meydana gəldi.