Parmezan pendiri (it. Parmigiano Reggiano) — ilk dəfə İtaliyada hazırlanan bərk pendir növü. Pendir ağ və ya açıq sarı rəngdə olub, çox quru və az yağlıdır. Çox zaman müxtəlif salatların və pitsaların hazırlanmasında istifadə olunur.
Parmezan pendiri yağsız inək südündən hazırlanır.
1950-ci illərdən başlayaraq İtaliyanın bir neçə bankı pendir istehsalçılarına kredit ayıranda girov üçün "parmezan" pendirini götürürdülər. Pendirlər 2-3 il ərzində yetişəndən sonra bank, adətən, onları xüsusi saxlanılan yerlərə yerləşdirirdi. Pullar geri qaytarılmayan təqdirdə pendirlər satışa çıxarılırdı.