Partizan marketinqi (ing. - Guerrilla marketing)— xırda şirkətlərin bazarda sabit vəziyyət qazanmaq üçün nəhəng rəqib şirkətə müntəzəm olaraq kiçik zərbələr vurmaq üçün istifadə etdikləri marketinq strategiyaları. Partizan marketinqi az büdcə ilə böyük təsiretmə və mənfəət gətirməsi ilə fərqlənir.
Bütün növ mal və xidmətlər üçün yox, daha çox qeyri-adi məhsullar üçün nəzərdə tutulan və müsbət cavab vermə ehtimalı daha yüksək olan gənc istehlakçıları hədəf almaq üçün istifadə olunan partizan marketinqinin üstünlükləri aşağıdakılardır[1]: