Pas Veqa

Pas Veqa (2 yanvar 1976[1], Sevilya) — İspan aktrisası.

Pas Veqa
isp. Paz Vega
Doğum tarixi (48 yaş)
Doğum yeri Əndaluz, Sevilya, İspaniya
Uşağı 3
Fəaliyyəti Aktrisa
Fəaliyyət illəri 1997-
Boyu 1,68 m
IMDb ID0891895
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pas Veqa 2 yanvar 1976-cı ildə İspaniyanın Əndaluz vilayətindəki Sevilya şəhərində doğulub. Səhnə təxəllüsünü nənəsindən götürən aktrisa, 15 yaşında Federiko Qarsia Lorkanın “Bernarda Albanın evi” tamaşasına baxandan sonra bu sənətə gəlməyə qərar verib. Bir il sonra məktəbi bitirən qız Əndaluz Teatr Mərkəzi məktəbinə daxil olub. İki il teat məktəbində oxuduqdan və daha iki il humanitar və sosial elmlərə yiyələndikdən sonra Veqa uğurlu aktrisası karyerası etmək ümidilə Madridə köçür. Onun televiziyadakı debütü “Mənim atam Menudo” teleserialında baş tutub. Bu serialda aktrisanın tərəf müqabili məşhur ispan müğənnisi El Fari idi. Aktrisa sözün əsl mənasında çəkilişləri 1999-cu ildə başlayan "7 həyat" serialı ilə tanınmağa başladı. Bu serialdan sonra rejissor Mateo Xil onu “Heç kim heç kimi tanımır” filminə dəvət etdi. Digər ispan rejissoru Xulio Medem isə Pas Veqaya özünün “təxribatçı-seksual” layihəsi olan “Lüsiya və seks” filmində baş rolu təklif etdi. Diqqətini tam olaraq bu rola cəmləşdirmək istəyən aktrisa "7 həyat" serialını tərk etməli oldu. Pas Veqa 2002-ci ildə venesuelalı Orson Salasarla ailə qurub. 2004-cü ilin dekabrında Pas Veqanın Hollivud debütü baş tutdu. 2 may 2007-ci ildə onların Orsan adlı oğlanları dünyaya gəlib.

Erotik səhnələrlə zəngin olan bu film böyük uğur əldə edərək Veqaya dünya şöhrəti və ən yaxşı aktyor debütünə görə “Qoyya” mükafatını qazandırdı. Yaxşı ssenariyə görə onun da çəkildiyi Onunla danış filmi “Oskar” qazandı.

  • Mənim atam Menudo
  • 7 həyat (1999)
  • Heç kim heç kimi tanımır
  • Ancaq mənim (2001)
  • Onunla danış (2002)
  • Karmen
  • İspan ingiliscəsi (2004)
  1. Paz Vega // filmportal.de. 2005.