Paspartu

Paspartu müxtəlif materiallardan hazırlana, şəkil və çərçivəyə uyğun olaraq isə müxtəlif proporsiyalarda ola bilər
Rəngləri ilə fərqlənən karton paspartular

Paspartu (fr. passe partout) — adətən karton və ya kağızdan hazırlanan, rəsm, fotoşəkil və ya qravüranı yerləşdirmək üçün nəzərdə tutulmuş çərçivə.

Bir çox ölçülərdə rast gəlinsə də, əsasən dördbucaqlı və oval formada olur. Rəsmi və ya şəkli çərçivəyə və yaxud digər səthə yerləşdirmək üçün effektiv istifadə olunur. Bundan başqa, paspartuya müəllifin imzasının da yerləşdirilməsi geniş yayılmış və effektiv vasitə hesab olunması ilə nəticələnmişdir.