Pataliputra

Pataliputra — Hindistanın Patna şəhərinin əvvəlki adı, Nandlar, Maurilər, Şunqlar və Quptlar imperiyalarının paytaxtı olmuş dövrünün möhtəşəm şəhəri. Qanq çayı ilə Sonun birləşdiyi yerdə yerləşən şəhər.

Pataliputra
25°36′40″ şm. e. 85°08′38″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 53 ± 1 m
Xəritəni göstər/gizlə
Pataliputra xəritədə
Pataliputra
Pataliputra
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Pataliputra şəhəri

Adının etimalogiyası

[redaktə | mənbəni redaktə et]

Pataliputra adının etmalogiyası qeyri-müəyyəndir. "Putra" sözü "oğlu", "Patali" düyü və yaxud Bignonia suaveolens adlı bitkinin növüdür. Bir ənənəvi etimalogiyaya görə şəhərin adı bitkinin adından götürülüb.[2] Bir digər izaha görə də Pataliputra Raci Sudarşanın qızı olmuş Patalinin oğlu anlamına gəlir.[3] Bəzi alimlərin fikrincə şəhər əvvəlcə Patali grama (Patali kəndi) kimi tanınmış daha sonra Patali şəhəri anlamı verən Patalipura sözündən Pataliputra sözünə çevrilmişdir.[4]

Əhalisinin sayına və böyüklüyünə görə, Pataliputra şəhəri seçilirdi.

E.ə. I minilliyin ortalarından etibarən Hindistan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoymuş, bir çox kəndlər böyüyüb şəhərə çevrilmişdir. Antik müəlliflərin məlumatına əsaslanıb demək olar ki, Maqadhanın sonrakı paytaxtı Pataliputranın (indiki Patna) əhalisi bir milyona çatırdı, şəhər 25– 30 km² sahədə yerləşirdi.[5]

Yunan səfiri Meqasfenin məlumatında isə qeyd оlunurdu ki, Pataliputranın ərazisi təxminən 25 kv. km idi, şəhərdə 570 qüllə, 60 şəhər darvazası vardı. Səfir müqayisə üçün bildirir ki, Vatsa dövlətinin paytaхtı оlan Kauşanbi şəhəri Pataliputradan 11 dəfə kiçik idi.

Qədim Pataliputradakı körpünün qazıntıları zamanı hökmdar sarayı və “yüz sütun”lu zal tapılmışdır. Aşоkanın fərmanlarının əks olunduğu sütunlar yüksək sənətkarlıqla hazırlanmış, möhtəşəm sütunlar üzərində müxtəlif tərəflərə baxan 4 şir heykəli qoyulmuşdu. Qeyd edək ki, bu təsvir indi Hindistan Respublikasının gerbində əks olunmuşdur. Həmin dövrdə əsas tikinti materialı ağac idi, ağacişləmə sənəti geniş yayılmışdı. Hətta imperator Aşоkanın sarayında uzun müddət qalması üçün xüsusi emaldan keçirilmiş ağacdan istifadə olunmuşdur. O, dövrdə binalar daşdan da tikilirdi.[6] Aşоkanın zamanında Pataliputrada buddistlərin 3 ümumi yığıncağı keçirilmişdir.[5]

Şəhərin tikilmə tariixi e.ə. V əsrdə çar Acaşaşatrunun adı ilə bağlıdır. Həmin vaxtı şəhərin ərazisi 16.000 km2 idi. Tezliklə şəhər bütün Şimali Hindistanınn mədəniyyət və sənətkarlıq mərkəzinə çevrildi. Pataliputra həm də məşhur təsviri incəsənət və təhsil mərkəzi idi. Maurilərin hakimiyyəti dövründə (e.ə. təx. 300-cü illərdə) əhalisi 400.000 nəfər idi.

Quptlar imperiyasının hakimiyyətinin sonuna yaxın şəhər tənəzzül etdi.[7]

  1. 1 2 https://archive.org/details/in.gov.ignca.22563/page/n13/mode/2up.
  2. Folklore, Vol. 19, No. 3 (30 September 1908), pp. 349–350 10 may, 2018-ci il tarixində arxivləşdirilib.
  3. "The Calcutta Review Vol LXXVI (1883), p.218". 2022-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-07.
  4. Language, Vol. 4, No. 2 (June , 1928), pp. 101–105 Arxivləşdirilib 2018-05-10 at the Wayback Machine 10 May 2018-ci il tarixində arxivləşdirilmişdir.
  5. 1 2 Əliyev (Ayvazalı) B.F. Hindistanın etnoqrafiyası (maddi mədəniyyət). I. Bakıː Elm və təhsil, 2017, s.62-63
  6. Əliyev (Ayvazalı) B.F. Hindistanın etnoqrafiyası (maddi mədəniyyət). I. Bakıː Elm və təhsil, 2017, s.158
  7. "Pataliputra". 2019-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-07.