Bu məqaləni vikiləşdirmək lazımdır. |
Patom krateri — Sibirdə İrkutsk vilayəti ilə Yakutiyanın sərhəddində Patom dağları ərazisində krater. Alimlər onu Patom krateri, Yakutlar isə Yanar Qartal yuvası adlandırırlar. Uzun illərdir alimlər, geoloqlar, hətta fiziklər bu kraterin necə əmələ gəldiyini araşdırmağa çalışırlar. Onun haqqında yaranan müxtəlif fərziyyələr və mülahizələr indiyə qədər mübahisə obyektidir. Bu krateri ilk dəfə 1949-cu ildə geoloq Vadim Kolpakov kəşf etmişdir. Onun hündürlüyü 70 m, xarici diametri 180 m –dir. Keçən il burada araşdırmalar aparan alimlər bir sıra anomaliyalar müşahidə etmişlər. Onlar kraterin 100–150 m dərinliyində güclü maqnit sahəsi aşkar etmişlər. Geoloqların gəldiyi nəticəyə görə dərinlikdə ellepsoidvari, yumurtaya bənzər, Yerə aid olmayan bir obyektin olduğu fərz edilir. Obyektin uzunluğu 600–700 metr ola bilər. Alimlər onun kosmosdan gəldiyini və ya Yerin mantiyasından yarandığını öyrənməyə çalışırlar.
Rusiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |