Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Pauropodlar (Pauropoda) sinfinin nümayəndələri çox kiçik canlılar olub (0.5 – 2.0 mm) bədəni 10 buğumdan ibarətdir. Birinci buğum ayaqsızdır. Digər buğumayaqlılardan fərqli olaraq bu sinfə aid olan növlərin gözləri, ürəyi və traxeyası yoxdur. Onlar dəri tənəffüsünə malikdir. Pauropodlar torpaqda, parçalanmış bitki qalıqları arasında yaşayıb onlarla qidalanır. Onlara çürümüş ağaçlarda da rast gəlmək olur. Bəzi növlər sinantrop olub bağlarda və istixanalarda məskən salır. Müxtəlifcinsli canlıdır. Dişi fərdmayalandıqdan sonra yumurta qoyur. Sürfələr puplaşır. Əlverişsiz ekoloji şəraitdə partenogenez baş verir.[1]
Pauropodlar sinfi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Hazırda 12 fəsilə, 46 cinsə aid 800 növ pauropod təsvir edilmişdir. Azərbaycanın buğumayaqlılar faunasında bu sinfə aid növ yoxdur.