Pavel Avramov

Pavel Vasilyeviç Avramov (rus. Павел Васильевич Аврамов; 1790 və ya 17915 (17) noyabr 1836, Akşa[d], Şərqi Sibir general-qubernatorluğu[d]) - Rusiya siyasətçisi, dekabrist, 1823-cü ildən polkovnik.

Pavel Avramov
Şəxsi məlumatlar
Doğum tarixi 1790 və ya 1791
Vəfat tarixi 5 (17) noyabr 1836
Vəfat yeri
Təhsili
  • Birinci Peterburq kadet korpusu[d]
Hərbi fəaliyyəti
Xidmət illəri 25 fevral 1806–1826
Təltifləri 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni

Pavel Avramov 1790-cı və ya 1791-ci ildə, Sankt-Peterburq Elmlər Akademiyasının əməkdaşı, kollegial məsləhətçi Vasili Mixayloviç Avramovun ailəsində anadan olmuşdur. 1798-ci ildən Birinci Kadet Korpusunda tərbiyə almış, 1806-cı ildə Üçüncü Artilleriya Alayının ikinci leytenantı kimi xidmətə başlamışdır. 1810-cu ildə Avramov leytenant rütbəsinə yüksəlmiş, 1811-ci ildə isə xidmətini Birinci Kadet Korpusunda davam etdirmək üçün köçürülmüşdür. 1812-ci il Fransa–Rusiya müharibəsi Avramov rus ordusunun ehtiyat hissələrinin hazırlanması ilə məşğul olmuş, fərqlənməyə görə 1813-cü ildə 4-cü dərəcəli "Vladimir" ordeni ilə təltif edilmişdir. 1816-cı ildə kapitan rütbəsi almış və 1818-ci ildə onun xahişi ilə qumbaraatan alayına, 1819-cu ildə mayor rütbəsində İkinci Karabineri alayına keçmişdir. Elə həmin il II Ordunun qərargahının baş adyutantı təyin edilmiş və polkovnik-leytenant rütbəsi almışdır. Avramovun dekabrist təşkilatlarda iştirakının başlanğıcı da eyni dövrə təsadüf edir. 1819-cu ildə "Rifah İttifaqı"nın üzvü olmuş və dağıldıqdan sonra Cənub Cəmiyyətinin işində iştirak etmişdir. 1822-ci ildə Avramov İkinci Ordu tabeliyindəki təlim batalyonunun komandiri olmuş və elə həmin il Kazan piyada alayının komandiri təyin edilmişdir. 1823-cü ildə xidmətdə fərqləndiyinə görə polkovnik rütbəsinə yüksəlmişdir.[1]

  1. Энциклопедический словарь. 2009. АВРАМОВ Павел Васильевич.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Декабристы. Биографический справочник / Под редакцией М. В. Нечкиной. — М.: Наука, 1988. — С. 6, 215. — 50 000 экз. — ISBN 5-02-009485-4.
  • Нечкина М. В. Декабристы. М.: Наука. 1982. 6, 215.
  • Следственное дело П. В. Аврамова // Восстание декабристов (PDF). XII. 187–208, 442–444.
  • В. Базилевич. Письма декабриста П. В. Аврамова из Сибири // Декабристы на каторге и в ссылке : Сб. новых материалов и статей. М. 1925. 244–248.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]