Pavel Maykov

Pavel Sergeyeviç Maykov (doğ. 15 oktyabr 1975, Mıtişi) — rus aktyor və teleaparıcı, 2008-ci ildən bəri müğənni və müsiqiçi, "ButterBrodsky", "7 faiz" və "Maqrit" musiqi qruplarının yaradıcısı.

Pavel Maykov
rus. Павел Сергеевич Майков
Doğum adı Павел Сергеевич Майков
Digər adı Pavel Sergeyeviç Maykov
Doğum tarixi 10.15.1975
Doğum yeri Rusiya Sovet Federativ Sosialist Respublikası Rusiya SFSR,SSRİ SSRİ, Mıtişi,
Vətəndaşlığı
Fəaliyyəti Aktyor, müğənni, teleaparıcı, gitaraçı
Fəaliyyət illəri 1997-ci ildən
Təhsili
  • Rusiya Teatr Sənəti Universiteti[d]
IMDb ID1285135
butterbrodsky.info
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pavel Sergeyeviç Maykov 1975-ci ilin 15 oktyabr tarixində Moskva əyalətində yerləşən Mıtişi şəhərində rəssam və sürücü ailəsində dünyaya göz açmışdır. [1]. 1982-ci ildən 1992-ci ilə qədər Kievdə yaşamışdır. [1] Kievdə yerləşən 26 № -li musiqi məktəbinin skripka və fortepiano sinfini bitirmişdir.[1]

1992-ci ildə 1 №-li orta məktəbi bitirərək Rusiya teatr sənəti institutunun (QİTİS) "dram teatr aktyorluğu" fakultəsində Pavel Xomskinin sinfinə daxil olmuşdur. 1998-ci ildə təhsilini orada başa vurmuşdur. Diplom tamaşasında məşhur ingilis dramaturqu Uilyam Şekspirin "İki veronalı" pyesində baş qəhrəmanlardan biri olan - mənfi obraz olan Proteyi oynamışdır.

1998-1999-cu illərdə Moskva dövlət dram teatrı "Sfera"da aktyor kimi fəaliyyət göstərmiş, orada "Vestsayt əhvalatı" tamaşasında Rif rolunu oynamışdır. Sonra Sergey Arçibaşevin teatrında işləmişdir.[2].

1999-cu ildə "Metro" müziklin kastinqlərinə qatılmış və nəticədə baş rol olan musiqiçi İvanı oynamışdır. Müziklin premyerası 1999-cu ilin 22 oktyabrında baş tutmuşdur.

2000-ci ildə "Sergey Vinoqradovun teatr kompaniyası"nda "Günlərin köpüyü" tamaşasında oynamışdır.»[3].

2000-ci ildən 2005-ci ilə qədər Mossovet adına Dövlət Akademik teatrında artist kimi çalışmışdır. 2000-ci ildən orada "İsa Məsih - superulduz" müziklində [[Simon Zilot rolunu, 2001-ci ildə "Tərsinə" tamaşasında Oğru-bülbül rolunu oynamışdır.

2002-ci ildə çoxseriyalı "Briqada" teleserialında baş rollardan biri olan "Pçela" ("Arı") ləqəbli kriminal avtoritet Pavel Pçelkin obrazını oynamışdır. Bu rol aktyora çox geniş şöhrət qazandırmışdır.

Sonradan Pфvel Maykov kino sahəsində məhsuldarlığı ilə seçilməyə başlayır. Onun aktyor rolları arasında "Kursantlar" (2004) teleserialında hərbi kəşfiyyatçı Kojini, 8 seriyalı "Çıxma oyunu"(2004) telefilmdə keçmiş xüsusi təyinatlı, mehriban kloun olan Dmitri Rusakovu, "Xidməti olmayan tapşırıq" (2004) filmində leytenant Serba, "Yeni il ləğv olunur" (2004) filmində əməliyyatçı Dmitri Stoçkovu, məşhur "Əsgərlər" serialında kapitan Pavel Naumoviç Kudaşovu, "Yaza qədər 9 gün" (2007) filmində baş rol olan xüsusi təyinatlı zabit İlyanı, "Desant elə desantdır"(2010) teleserialında baş rol Andrey Vesnini, "Əjdaha sindromu" (2012) teleserialında oftalmoloq Denisi, "Xəyanətlər" (2015) serialında uşaq həkimi Qleb Oleqoviçi canlandırmışdır.

2005-ci ildə Pavel Maykov "Başqa teatr" adlı teatrla əməkdaşlığa başlamışdır. Bu teatrda premyerası 2005-ci ilin fevralında baş tutmuş "Sevginin təzahürləri" tamaşasında oynamışdır. Teatr sahəsində sonrakı işlər "Ruh döyüşçüləri" müziklində (2000-ci ildə Çeçenistanda 6-cı Pskov rotasının şücaətinə həsr olunub), Kvarter İ teatrında "Seçkilər günü", "Teleteatr" yaradıcılıq birliyidə "Pelikan adasının xəzinəsi" tamaşası olmuşdur. Bundan başqa, o, Mixail Qorevoyun rəhbərliyi altında antrepriza tamaşalar ( bu tamaşalarda tamaşanın təşkilatçısı tamaşada iştirak üçün müxtəlif teatrlarda çalışan aktyorları dəvət edir) olan "İblis" və "Qoğal hara qaçdı" da çıxış etmişdir.

Rejissor qismində isə bu tamaşaları səhnəyə qoymuşdur: polyak dramaturq Slavomir Mrojekin "Sağ qalmaq və ya Salda" pyesini "Yeni incəsənət" alı Teatr-konsert mərkəzində; Çaykovski adına konsert zalında "İçəridə" tamaşasını; Aleksandr Vampilovun "Metranpajla bağlı əhvalat" və "Mələklə 20 dəqiqə" əsərləri əsasında "Şans" Beynəlxalq teatr mərkəzində oynanılan "İki otaq" tamaşası; "Teatr marafon"unda Vladimir Nabokovun "Valsın ixtirası" pyesi olmuşdur. Premyeralı tamaşalar 2015-ci il 6 oktyabrda Serpuxovka Teatriumunda və 2015-ci il 7 oktyabrda Rusiya Akademik Gənclər Teatrında baş tutmuşdur.

2005-2006-cı illərdə "NTV" kanalında Svetlana Bersenyova ilə birgə "Əsas yol", həmçinin "Panoptikum" və "Məni tap" verilişlərini aparmışdır. 2008-ci ildə Pavel Maykov aktyor Aleksey Sekirinlə birgə (bacısının keçmiş həyat yoldaşı) "7 faiz" musiqi qrupunun əsasını qoymuşdur. Layihənin təqdimatı 2010-cu il 29 apreldə "B2" adlı Moskva klubunda baş tutmuşdur.

2011-ci ildə «ButterBrodsky» qrupunun əsası qoyulmuşdur. Bu musiqi qrupunda mahnıların müəllifi və ifaçısı Pavel Maykovun özü olmuşdur.[4]. Qrupun ilk mahnılarının sözləri İosif Brodski, Con DonnCorc Bayronun şeirlərinə yazılmışdır. 2016-cı ilin 20 dekabrında "ButterBrodsky" qrupu fəaliyyətini dayandırmışdır. Bu barədə qrupun rəsmi səhifəsində xəbər verilmişdir. Lakin tez bir zaman sonra "Maqrit" qrupunu yaratmışdır. Bu qrupda heyət əvvəlkindən cüzi şəkildə fərqlənir.

Pavel rus şair Apollon Nikolayeviç Maykovun ana tərəfdən olan nəslindəndir. Apollon Nikolayeviç Pavelin ulu babası sayılır. Zadəgan nəsli olan Maykovlar nəslinin kökü rus kilsəsinin önəmli fiqurlarından biri olan Nil Sorski (əsl adı Nikolay Maykov) və onun qardaşı Andrey Maykonun adı ilə bağlıdır. Bu nəsildən həmçinin məşhur rəssam Vasili İvanoviç Maykov, onun qardaşı oğlu Appolon Aleksandroviç Maykov və başqaları çıxmışdır.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]
  • Faktiki həyat yoldaşı — Maryana Maksimovna Berezovskaya (3 il birgə yaşayıblar) "Azadlıq Radiosu"nda çalışır və Pavelin tələbə yoldaşı olmuşdur.
  • İlk həyat yoldaşı — aktrisa Yekaterina Yuryevna Maslovskaya (1982-ci il təvəllüd) "Hər şeyə görə sənə minnətdaram" serialında qulluqçu Marina obrazında çəkimişdir.[5]
  • Oğlu — Daniil Pavloviç Maykov (2003-cü il təvəllüd)[5][6]
  • İkinci həyat yoldaşı — aktrisa Mariya Saffo (Mixail Qorevoyun keçmiş həyat yoldaşı) [5][7].
  1. 1997 — Muzdlu İvan (Koreya) — epizodik rol
  2. 1998 — Sibir bərbəri — kaskadyor
  3. 2002 — Kişi işi (teleserial) — tədqiqatçı
  4. 2002 — Briqada — Viktor Pçelkin, ya da «Pçela»
  5. 2004 — Yeni il ləğv olunur! — Dmitri Stoçkiy
  6. 2004 — Ataların günahları (teleserial) — Nikolay Androsov
  7. 2004 — Kursantlar (teleserial)  — mayor Kojin
  8. 2004 — Çıxma oyunu — Dmitri
  9. 2004 — Xidməti olmayan tapşırıq  — kiçik leytenant Serba
  10. 2004 — Xidməti olmayan tapşırıq 2: Dan zamanı partlayış  — kiçik leytenant Serba
  11. 2004 — Kişilər ağlamır (teleserial) — polis agenti Vladimir Rokotov
  12. 2005 — Əsgərlər (teleserial) — kapitan Pavel Naumoviç Kudaşov
  13. 2006 — Cənab hakim (teleserial) — Anton
  14. 2007 — Yaza doqquz gün — İlya, xüsusi təyinatlı zabit
  15. 2012 — Əjdaha sindromu — oftalmoloq Denis
  16. 2015 — Xəyanətlər (teleserial) — Qleb, həkim-ortodont
  17. 2017 — Buz — daimi alıcı
  1. 1 2 3 "Майков Павел Сергеевич". 2011-04-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-11.
  2. "Майков Павел Сергеевич Актеры советского и российского кино". 2021-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-11.
  3. "Павел Майков Биография. Роли в театре. Роли в кино". 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-11.
  4. Алексей Мажаев. "«БуттерБродский» - «Арбатский панк» **". InterMedia. 2015-08-22. 2020-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-11. (#apostrophe_markup)
  5. 1 2 3 "Павел Майков: Бог не даёт нам с женой детей!". 2020-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-11.
  6. "Пчёла из «Бригады» стал отцом // KP.RU". 2016-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-11.
  7. "Почему жена запретила Майкову видеться с сыном". 2014-08-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-11.