Pavel Sankoviski

Pavel Stepanoviç Sankoviski (rus. Павел Степанович Санковский, 1800-1832)—Rusiya yazıçısı, jurnalisti.

Pavel Sankoviski
Doğum tarixi 1800
Vəfat tarixi 1832
Fəaliyyəti jurnalist

Pavel Stepanoviç Sankoviski 1800-cü ildə anadan olmuşdur. Təhsilini xaricdə almişdır. O, bir neçə xarici dil bilirdi. 1823-cü ildə Tiflisə gəlmiş, Qafqazın baş hakiminin dəftərxanasında qulluğa başlamışdır. 1827-ci ildə o, Qafqaz nazim-əzəmi Paskeviçin yanında xüsusi tapşırıqlar məmuru vəzifəsində işləmişdir. "Tiflisskiyə vedomosti" qəzeti nəşrə başlayanda onu redaktor təyin etmişlər. Puşkinin Qafqaza gəlməsi münasibətilə Sankoviski qəzetin 28 iyun 1828-ci il tarixli 26-cı nömrəsində təntənəli bir məqalə dərc etmişdi. A.S.Puşkin "Ərzurum səyahəti" əsərində Sankoviskinin də adını çəkmiş və demişdir: "Tiflisdə iki həftəyə qədər qaldım və ordakı cəmiyyətlə tanış oldum. " ""Tiflisskiyə vedomosti"nəşri Sankoviski bu ölkə haqqında, Knyaz Sisianov, A. P. Yermolov və b. haqqında mənə bir çox maraqlı məlumatlar verdi. Sankoviski Gürcüstanı sevir və onun parlaq bir gələcəyi olduğunu qabaqcadan görür.[1]

O, 1832-ci ildə vəfat edib.

  1. 4. "Əkinçi" qəzeti, 21 avqust 1875 – ci il.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]