Pavl Kramerin villası

Pavl Kramerin villasıRostov-na-Donu şəhərində yerləşən, 1910-cu illərdə neoklasizm stilində inşa edilmiş villa. Villa tacir P. İ. Kramerə məxsus olmuşdur. Bina 1997-ci ildə yerli əhəmiyyətli arxitektur abidə elan edilmişdir.[1]. 2000-ci illərdə binada Rostov İctimai toplantı restoranı yerləşirdi[2].

Pavl Kramerin villası
rus. Особняк Павла Крамера
Xəritə
47°13′31″ şm. e. 39°43′08″ ş. u.
Ölkə  Rusiya
Şəhər Rostov-na-Donu
Memarlıq quruluşu neoklassisizm

Villa Pavl İvanoviç Kramer tərəfindən 1914-cü ildə inms edilmişdir. O, incəsənət əşyalarını toplayan biridi kimi tanınırdı.

Vətəndaş müharibəsi zamanı Kramer Rostov şəhərini tərk etmişdir. Onun topladığı şəkillər vilayət incəsənət muzeyinə dövr edilmişdir. Kramer villası isə milliləşdirilmişdir. 1920-ci illərdə binada rayon əhəmiyyətli müəssisə yerləşirdi. Böyük Vətən müharibəsindən sonra binada sağlıq ocağı yerləşirdi.

1982-ci ildə bina rekonstruksiya edilmişdir. Təmir proyektinin müəllifi arxitektor N. A. Serqeev və V. A. Korolyov olmuşdur. Təmirdən sonra bina yazıçılar və bəstəkarlar binası kimi istifadə edilmişdir. 1990-cı illərdə bina təmirə ehtiyac duyurdu. Bu problemi həll etməkdən ötrü onu müxtəlif təyinatlar məqsədi ilə icarəuə verilmişdir. 1990-cı illərin ortalarında burada kitabxana açmağı qərarlaşdırırlar. 1999-cu ildə bina Rostov vilayət rəhbərliyinin səyi nəticəsində təmir edilmişdir. Bu dəfə arxitektor Q. Şevçenko olmuşdur. Bu dəfə pəncərələr dəyişdirilmiş, dam örtüyü yenilənmişdir. Bundan sonra isə binada Rostov İctimai toplantı restoranı yerləşirdi.

İki mərtəbədən ibarət olan ərazinin daxilində yerləşir. Bina neoklassizm stilində inşa edilmişdir. Villanın mərkəzindı zal və qonaq otağı yerləşir. Ətrafında kabinetlər, yaşayış otaqları və xidmət otaqları yerləşir. 1982-ci ildə şərq qanadında aparılan təmir zamanı bir mərtəbəli tikili əlavə edilmişdir. İkinci mərtəbədə kamin vardır.

  1. "Об объявлении недвижимых памятников истории и культуры города Ростова-на-Дону под охраной органов местного самоуправления". zakon.7law.info. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-24.
  2. "Собрание". tourism.rostov-gorod.ru. 2013-12-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-23.