Paxlalı bitkilər (lat. Fabaceae) — qida məhsulluu. Araşdırmalar dünyanın ən faydalı qida məhsullarının qabıqlı meyvələr və paxlalı bitkilər olduğunu müəyyən edir.
Paxlalı bitkilər bunlardan noxud, lobya, mərci, soya daha çox istehsalat əhəmiyyətlidir. Paxlalı bitki toxumları xaricdən sərt örtüyə malikdirlər. Paxlalı bitkilərdə zülal 30% və daha çox (tərkibinə görə bu zülallar çox qiymətlidirlər. Çünki əvəzedilməz aminturşulara malikdirlər), karbohidratlar 60% qədər, yağlar 2% qədər, (soya dənlərində isə yağ 2%, karbohidratlar 30 %, zülallar 40%) təşkildir.
Paxlalı bitkilər onunla xarakterizə olunur ki, onların toxumları qabıq içərisində olur. İnsanların yeyə bildiyi əsas paxlalılar; alfalfa (qara yonca), noxud, ağ lobya, qırmızı lobya, qara lobya, mərci, lupin, araxis, soya. Dünyada, xüsusən aralıq dənizi bölgəsi mətbəxində paxlalılar həmişə əsas qida olub. Paxlalı bitkiləri bəşəriyyət qədim zamanlardan yetişdirir. Misirlilər daha çox mərciyə üstünlük veriblər. Bununla belə, lobyanı misirlilər də, yunanlar da, romalılar da lazımınca qiymətləndirməyiblər. Qara və qırmızı lobya yalnız Amerika kəşf olunduqdan sonra Avropaya gətirilib. Soya ilk paxlalı bitkidir ki, bizim eradan əvvəl 2852–2737-ci illərdə yaşamış çin imperatoru Şen Nunqun kitablarına düşüb. Onlarda Çinin 5 müqəddəs bitkisinin adı var: düyü, soya, buğda, yulaf, darı.
Paxlalı bitkilər həm artıq çəkidən xilas olmağa, həm də xərçəng xəstəliyinə tutulmaq riskinin sıfıra endirilməsinə kömək edir. Paxlalı bitkilər lifli strukturlarına görə, toxluq hissi yaradır və artıq çəkidən xilas olmağa kömək edir.[1]
Paxlalı bitkilərin mənfi xüsusiyyətləri onların gec bişməsidir. (90–120 dəqiqə) bişmə müddətini azltmaq üçün bəzi dənlərin (noxud, mərci) toxum qatı təmizlənir, bu proses bişmə müddətini 2 dəfə azaldır. Buğda ümumi kimyəvi tərkibə və qida dəyəri aşağıdakı cədvəldə öz əksini tapmışdır. Revan [2]
Dünya florasında paxlalı bitkilər — Fabaceae fəsiləsi 600-dən artıq cinsi, 12000-dən artıq növü əhatə edir. Bu növlər əsasən ot, ağac və kollardan ibarət olub, yer kürəsinin hər yerində yayılıb.
Fəsiləyə daxil olan növlərin içərisində qida, dərman əhəmiyyətli, boyaq, aşı, bəzək, nektar təbiətli faydalı bitkilərin geniş spektrinə rast gəlmək olar. Bu faydalı bitkilərdən biri də şirinbiyandır.
Dənli-paxlalı bitkilərin məhsulu zülalla zəngin olduğundan, onlar, ərzaq, yem və texniki məqsədlər üçün becərilir. Soyanın yaşıl kütləsinin bir yem vahidində 217, yem paxlasında 218, lərgədə 201, göy noxudda 175 qr həzm olunan protein olur. Soyanın dənindəki bir yem vahidində 223, lüpində 245, göy noxudda 158, gülüldə 186, lərgədə 210, yem paxlasında 211 qr həzm olunan protein vardır.