Payız burğu çiçәyi

Hündürlüyü 10–20 (35) sm, gövdəyə sıxılan bir neçə sivriləşmiş qınları və yuxarıya doğru daralmış kiçik kök yumruları olan çoxillik ot bitkisidir.[1]

Kökətrafı yarpaqları enli-yumurtavari və sivridir, rozet əmələ gətirir.

Çiçək qrupu birtərəfli, sünbülşəkilli, oxu spiralvari burulmuş, vəzili-yumuşaq tüklüdür. Çiçək altlığı yumurtavari-neştərşəkilli, vəzilitüklüdür. Çiçəkləri xırda, ağ rəngli, bayır tərəfdən yumşaq tüklüdür. Çiçək yanlığının xariciyarpaqcıqları küt, xətli neştərvaridir, daxili yarpaqcıqları isə dilcikşəkilli, novlu, orta hissədən yuxarısı bir az genişlənmişdir, az dalğavari kənarlıdır.

Kapsulu 5–7 mm uzunluqda, 2–4 (və ya 5) mm qalınlıqda, yumurtavari və saysız kiçik və çox yüngül toxumlarla doludur.

Çiçəkləməsi

[redaktə | mənbəni redaktə et]

Sentyabr

Meyvə verməsi

[redaktə | mənbəni redaktə et]

Oktyabr

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Lənk. dağ. (Lənk.rayonunun Qafqaz kəndi ətrafında S. Nenyukov tərəfindən 25/IX 1936-cı ildə toplanmışdır, Astara rayonunun Fensar kəndi ətrafında L. İ. Prilipko tərəfindən 10/X 1948-ci ildə toplanmışdır, İsmayıllı rayonu ərazisində, Göyçay çayı boyunca kolluqlarda E. S. Şükürov tərəfindən 25/IX 2015-ci ildə qeydə alınmışdır.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Dağətəyi zolaqda və aşağı dağ qurşağında-kəsilmiş meşələrdə, kolluqlar arasında və otlu yamaclarda rast gəlinir.

  1. Eldar Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı, Bakı 2016