Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ― peşə təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən və əlaqələndirən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrinin fəaliyyətini təşkil edən icra hakimiyyəti orqanıdır.[1]
Peşə Təhsili üzrə Dövlət Agentliyi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 20 aprel 2016 |
Tabelik | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi |
Baş qərargah | Bakı |
Ünvan | Ə.Orucəliyev 61 |
Rəhbərlik | |
Direktor | Ceyhun Kərəmov |
|
|
Rəsmi saytı | vet.edu.az |
Peşə təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanı ilə yaradılmışdır.[1]
Agentliyin direktoru Ceyhun Kərəmovdur.
Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
Agentliyin 2019-cu ildə Təhsil Nazirliyinin dəstəyilə fəaliyyətə başlamış layihəsidir.[2] Layihə çərçivəsində 4 profil üzrə (kənd təsərrüfatı, xidmət, təmir-tikinti, İT) 10 peşə ixtisası tədris edilir — dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası, mebel ustası, aqronom, dərzi, İT, bərbər, qənnadçı.[3]
Layihə fəaliyyətə başladığı 2019–2020-ci tədris ilində 20 məktəbdə 20 sinif, 2020–2021-ci tədris ilində 35 məktəbdə 55 sinif, 2021–2022-ci tədris ilində isə 80 məktəbdə 124 sinfi əhatə etmişdir.[4][5]
Layihə siniflərinin təşkil edildiyi bütün məktəblərdə "STEAM" modulunun və karyera məsləhəti xidməti tətbiq edilir, bütün 11-ci sinifdə təhsil alan şagirdlər üçün isə "Sürücülük" modulu tədris edilir.[6]
<ref>
teqi; :0
adlı istinad üçün mətn göstərilməyib