Pearl, bəzən Pearl Liaison (11 sentyabr 1990) kimi tanınan, amerikalı dreq ifaçısı və Musiqi prodüseri Metyu Ceyms Lentinin [1] səhnə adıdır, o RuPaul's Drag Race in yeddinci mövsümündə ictimaiyyətin diqqətini cəlb edərək ikinci yerə layiq görülmüşdür.
Lent anası və iki bacısı ilə Florida ştatının Sent Pitersberq şəhərində böyüyüb.[2] O, uşaqlıq illərindən "böyük brilyant üzükləri və xəzləri olan zəngin yaşlı xanımları" təqlid etmək üçün çox vaxt sərf edirdi, bu da nəticədə onun dreq ifaçı olmağına gətirib çıxartdı.[3]
Çikaqoya köçdükdən sonra Lent 2012-ci ildə Kim Chi və Trixie Mattel ilə birlikdə Pearl səhnə adından istifadə edərək dreq kimi çıxış etməyə başladı.[4] Lent əvvəlcə dreq obrazından hobbi kimi istifadə etməyi planlaşdırırdı, lakin tez bir zamanda konsert sifarişləri artmağa başladı. Daha sonra Nyu-Yorkun Bruklin şəhərinə köçdü.
2014-cü ilin dekabrında Pearl Logo TV -də RuPaul's Drag Race-in yeddinci mövsümünün iştirakçısı olduğu elan edildi.[5] Müsabiqəyə ləng başlasa da, Pearl iki əsas nominasiyada qalib gəldi və nəticədə digər rəqibləri Ginger Minj və Violet Çaçki ilə birlikdə finala keçdi.[6] Mövsümün finalında Violet Çaçki qalib gəldi və Pearl isə ikinci oldu.[7]
2 iyun 2015-ci ildə Lent ilk sinqlı olan "Love Slave" üçün klip çəkərək Pleasure albomunu buraxdı.[8] Albom ABŞ-ın Billboard Dance/Elektron Albomları cədvəlində on bir, Heatseekers çartındə isə on altıncı yerdə idi.
2 iyun 2015-ci ildə Lent, Xyrena ətir şirkəti ilə birlikdə Flazéda ətrini elan etdi.[9][10] Bununla o, adına ətir olan ilk Dreq ifaçı oldu. Ətir 30 iyun 2015-ci ildən istehsal edilməyə başladı [10]