Pekin Milli Stadionu (çin. 北京國家體育場) — həmçinin "quş yuvası" kimi tanınan 2008 Yay Olimpiya Oyunlarının keçirilməsi üçün yaradılmış, üzgüçülük kompleksinin yanında yerləşən çoxfunksiyalı idman kompleksi. Bu stadionda idman yarışlarının olması ilə yanaşı, 2008-ci il Olimpiya Oyunlarının açılış və bağlanış mərasimləri də keçirilib. Stadionun inşası Herzog & de Meuron bürosunun layihəsinə əsasən 2003-cü ilin dekabrında başlamışdır. Stadionun açılışı 2008-ci ilin martında oldu. Stadion 2022 Qış Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinə də ev sahibliyi edəcək.[1]
Pekin Milli Stadionu | |
---|---|
国家体育场 | |
Memar | Ay Veyvey |
Tamaşaçı tutumu | 80.000 |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Stadionun inşaat dəyəri 3,5 milyard yuan səviyyəsində qiymətləndirilir ki, bu da təxminən 325 milyon avro təşkil edir.
Stadion olimpiya oyunlarından başqa İtaliyanın 2009, 2011 və 2012-ci il futbol üzrə İtaliya Superkubokunun Oyunlarına ev sahibliyi etmişdir.
2022-ci ildə stadionda 2022 Qış Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinin keçirilməsi planlaşdırılır.[2]
2009-cu ildə stadionda avtomobil yarışının 2009 Çempionlar Yarışı karnavalı keçirildi.[3] 12 yanvar 2009-cu il tarixində meydançanın sahibləri stadionda ticarət-əyləncə kompleksinin tikintisi planlarını açıqlayıblar. Citic Group operatoru tərəfindən hazırlanan bu planlar üç ildən beş ilədək davam edəcək proqnozlaşdırılır. Stadion turizm məkanı kimi fəaliyyət göstərməkdə davam edəcək, eyni zamanda idman və əyləncə tədbirləri keçirəcəkdir. Ceki Çan, 2 aprel 2009-cu ildə stadionda pop konserti keçirən ilk sənətçi idi.
1 noyabr 2010-cu ildə Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası 2015-ci ildə Yüngül atletika üzrə Dünya çempionatının Pekin Milli Stadionunda keçiriləcəyini açıqladı.[4]
Amerika-Çin pop ulduzu Linhom Van 14 aprel 2012-ci ildə stadionda ilk solo pop konsertini keçirdi. Tayvanlı Mayday qrupu Mayday No Where turu çərçivəsində 29-30 aprel 2012-ci il tarixləri arasında iki gecə stadionda çıxış edib. Onlar stadionda iki günlük konsert verən ilk qrup idi.[5]
2017-ci il 4 noyabr tarixində stadionda Əfsanələr Liqası üzrə Dünya Çempionatının final mərhələsi keçirildi.[6]