Pelagornis sandersi (lat.) — quşlara aid olan Pelaqois cinsinə daxil olan nəsli kəsilmiş növ. Bu növün nümayəndələri Dünya tarixində ən böyük uçan quş olmaları kimi tarixə düşmüşdür. Onların qanadları arasında məsafə 6,1–7,4 metr[1] arası olmuşdur. İkincisi bu qanadları arasında məsafəsi ən böyük olan quş kimi də tanınır. Onların ölçüsü günümüzdə belə yaşayan Köçəri albatrosdan belə böyükdür[2]. P. sandersi növü ilk dəfə 2014-cü ildə təvir edilərək qeydə alınmışdır. P. sanderi bir növ kimi qeydə alındıqdan sonra Argentavisin rekordlarını qırmışdır. Argentavisin qanadları arasında məsafə də 7 metr[3][4].
Pelagornis sandersi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Pelagornis sandersi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Pelagornis sandersiyə aid yeganə tapıntı 1983-cü ildə Cənubi Karolinanın Çarlston şəhəri yaxınlığında Çarlston Beynəlxalq Hava limanının inşası zamanı aşkarlanmışdır. Yeni növ öz adını Çarleston muzeyinin kuratoru Albert Sandersin adından almışdır. Tapıntılar Çarlston muzeyinə yerləşdirilmişdir. 2014-cü Den Ksepkoy qalıqları incələyərən onların yeni bir növa aid olmasını müəyyən etmişdir. Əslində quşa aid bir lələk aşkarlanmasa da, Ksepka kompüterin köməyi ilə quşun görünüşünü bərpa etmişdir. O, quşun qanadları arasında məsafəni 6,4 m olaraq qeydə almışdır[5].
Analizlər onu göstərmişdir ki, quş təqribən 25 milyon il öncə yaşamışdır[6]. Ehtimal edilir ki, bu növ pliosen dövründə 4 milyon il öncə kəsilmişdir[7].
Böyük ehtimal ki, Pelagornis sandersi dəniz quşlarına aiddir. Onlar dəniz səthindən şikarı asanlıqla götürə bilirdilər. Onların qısa ayaqlara sahib olması onu deməyə əsas verir ki, quşlar su səthinə enə və qalxa bilmirlər. Üstəlik kompüter qrafikası onu göstərmişdir ki, onlar səmada qanad çala bilmirdilər[7]. Bu onu deməyə əsas verir ki, quş yalnız atılaraq uca bilirdi. Bu zaman onların sürəti 60 km/s[5] ola bilir. Qanadları arasında olan məsafə sayəsində daha çox məsafəni qət edə bilirdilər. Böyük ehtimal ki, onlar balıq və kalmar ovlayırdılar[7].
Bu quşların ümumi çəkisi 22–40 kq arasında dəyişirdi. Bu səbəbdən bir çox alimlər bu canlıların uça bilməsini istisna edirlər[8]. Növün açılışını edən Den Ksepka Pelagornis sandersi növünün kiçik bədən quruluşuna malik olmaları və qanadları arasındakı məsafəni nəzərə alaraq uçmasını mümkün saymışdır[9].
Pelagornis sandersi quşlarının qanadları arasında məsafə 6,1–7,4 metr olmuşdur. Bunyada yaşamış ən böyük uçan quş olmuşdur. Ancaq dünyanın ən böyük uçan çanlıları Pterosauriaya daxil olan Hatzegopteryx və Ketsalkoalt olmuşdur. Onların qanadları arasında məsafə 10–11 metr idi[10].