Pemphigus bursarius

Saplaq pemfiqi (lat. Pemphigus bursarius L., 1758)- Əsas yem bitkisi olan qovaq üzərində yaşayırlar.

Saplaq pemfiqi
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Saplaq pemfiqi
Beynəlxalq elmi adı

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Qanadlı binəçə. Bədəni girdə, şişkin, şəffaf olub tüksüzdür. Vəzli qrup 6 cərgəlidir. Ayaq, alın, bığcıq və gözləri tutqundur. Alın yastı olub 4 ədəd qısa tükcüyə malikdir. Bığcıqları 4 buğumlu olmaqla, III və IV bir-birinə bərabərdir. Gözləri sadədir. Xortumcuq orta şanağın arxasına keçir. Uzunluğuna görə onun hər iki buğumu bərabərdir. III-6 (2+4), IV-6 (2+4) miqdarında tükcük olur. Ayaqlar qısa, pəncə iki buğumlu olmaqla onun birinci buğumu 2:2:2 nisbətində tikancıqla təchiz edilmişdir. Bədənin ümumi ölçüsü: uzunluğu: 3, 10 eni 2,8, bığcığı 0,4 mm-dir. III 0,16, IV-0,16 (0,12+0,04) mm-dir. Qanadlı bikri. Bədəni bozumtul-yaşıldır. Baş və göz qaradır. Bığcıq və ayaqlar bozumtuldur. Bığcıq 6 buğumlu olmaqla III buğum 12, IV-6 və VI isə 7 ədəd rinariya malikdir. Bədənin uzunluğu 2,5, eni isə 1,1 mm-dir. Bığcığının ölşüsü 1,08 mm, III-25, IV-10, V-0,12, VI isə 0,16 mm-dir.

Zaqafqaziya, Qazaxıstan, Orta Asiya, Qərbi Sibir, Yeni Zelandiya, Qərbi Avropa, Şimali Afrika, Kiçik və Orta Asiya. Azərbaycanda Böyük və Kiçik Qafqaz, Kür-Araz ovalığı və habelə Lənkəran zonasında qeydə alınmışdır.

Mənənələr əsas yem bitkisi olan qovaq üzərində yaşayırlar. Növ miqrasiyada edəndir. Binəçələr armud formalı fırı yarpaqların saplağı üzərində əmələ gətirir, bəzi vaxtlarda yarpağın əsası və yaxud saplağın əsasına yaxın fırlar əmələ gəlir. Həmin fırlar qalın divarları olub zirvəsində ensiz deşiklə açılır. Azərbaycanda binəçə qoyan sürfələr martın sonu və aprelin başlanğıcında əmələ gəlir. Müxtəlif illərdə yaz fəslinin birinci aylarının əlverişli olmayan iqlim şəraitindən asılı olaraq onların inkişafı bir qədər ləngiyə bilər. Əmələ gələn sürfələr gövdədən yarpağın saplağına doğru hərəkət edərək orada dayanır və sormağa başlayır. 2-3 gündən sonra bitkinin sorulduğu yerdə sürfə tərəfindən kiçik çuxur əmələ gəlir ki, onun içərisinə sürfəsinin özü də daxil olur. Ölçücə böyümə nəticəsində ilk dövrlərdə sorulan yerdə əvvəlcə əmələ gələn dərinlik bağlı kisəyə çevrilir, sonradan bu tədricən armud şəklini alaraq badam dənəsi böyüklüyünə çatır.

N.C.Vəzirov. Azərbaycanın mənənələri. Bakı-Elm-1995. s.53.