Penon de Əlcəzair

Penon de Əlcəzair (isp. Peñón de Argel) — Aralıq dənizinin Əlcəzair şəhəri sahilinə yaxın ərazidə yerləşən ada. Orta əsrlərdə ada qumlu dillə sahilə birləşirdi.

Penon de Əlcəzair
isp. Peñón de Argel
Ümumi məlumatlar
Əhalisi 0 nəfər (2011-ci il)
Yerləşməsi
36°46′ şm. e. 03°08′ ş. u.HGYO
Ölkə  Əlcəzair
Akvatoriya
Penon de Əlcəzair xəritədə
Penon de Əlcəzair
Penon de Əlcəzair
Osmanlıların qalanı ələ keçirmə anı (1529).

1510-cu ildə İspaniya imperiyası Afrikanın şimalında möhkəmlənmək məqsədilə Əlcəzairin yaxınlığında olan adanı işğal edir. Adanın məhdud imkanlarına baxmayaraq ispanlar burada istehkam inşa edə bilirlər[1]. Adada yerləşən qarnizon 200 nəfərdən ibarət idi[2]. Yerli sultan İspaniya imperiyasının vassallığını qəbul edir və kral II Ferdinanda and edir.

Qala 1516-cı ildə Oruc Barbarossanın hücumuna məruz qalsa da ələ keçirilmir. 1529-ci ildə isə Xeyrəddin Barbarossa Əlcəzair müharibəsi əsnasında qalanı ələ keçirir. Onun əmri ilə qala ispanların regiondakı mövcudluğunun simbolu olaraq tamamən dağıdılır.

  1. International Dictionary of Historic Places: Middle East and Africa Trudy Ring p.54 [1] Arxivləşdirilib 2021-10-18 at the Wayback Machine
  2. E.J. Brill's first encyclopaedia of Islam, 1913-1936 by Martijn Theodoor Houtsma p.258 [2] Arxivləşdirilib 2021-10-18 at the Wayback Machine