Perelişinin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 301 qərar 18 noyabr 1992-ci ildə qəbul olunmuşdur. Bina Pavel Aleksandroviç Perelişinə mənsub olmuşdur.
Perelişinin binası | |
---|---|
rus. Дом Перелешина | |
47°12′41″ şm. e. 38°56′16″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
Adres: Taqanroq ş, Qreçeskaya küçəsi, 63.
Bina XIX əsrin üçüncü rübündə inşa edilmişdir. Taqanroq şəhəri Qreçeskaya küçəsi ev 63 ünvanında yerləşir. İki mərtəbədən ibarət olanbinanın fasadına səkkiz pəncərə açılır. Əsas girişin üzərində eyvan vardır. Binanın sol korpusunun inşası sonrakı dövrlərədə gerçəkləşdirilmişdir. Bu artırılmanın iki pəncərəsi və həyətə açılan bir dəmir qapısı olmuşdur.
Binanın ilk sahibi Taqanroq Admirallığında xüsusi tapşırıqlar üzrə işlərdə çalışan məmur, Taqanroq şəhər rəisi (1964–1866) Pavel Aleksandroviç Perelişin olmuşdur. Sonradan binanın sahibi kollec asessoru Mixail Semenoviç Kravsov olmuşdur. 1874-cü ildə Taqanroq şəhərində dənizçilik sinifləri açılarkən Mixail Semenoviçdə daxil olmaqla Axillles Nikolayeviç Alafuzov və İvan Alekseyeviç Vetliski onun idarə heyətində təmsil olunurdular.
1870-ci illərdə binanı iqtisad məhkəməsinin əməkdaşı, kollec işçisi Yakov Viktoroviç Dyaçenko satın almışdır. Onun ölümündən sonra vərəsə olaraq onun varisləri evə yiyilənir. 1890-cı ildə binanı mühəndis-mexanikin həyat yoldaşı olan Lyubov Krotkova alır. O, binanın 1900-cü ilə qədər sahibi olur. Binanın sonuncu sahibi kəndli Semem Feodoroviç Fedorov olur. Son sahiblənmə dönəmində binada mənzilləri kirayələyən şəxs Marisn qızlar gimnaziyasında və A. A. Qranovskinin məktəbində tarix dərslərini deyən Vladimir Semenoviç Mixaylovski olmuşdur.
Binanın əsas girişi küçəyə baxır. İkinci mərtəbəyə mırmərdən olan enli pilləkən gedir. Birinci mərtəbənin düzbucaqlı pəncərələrinin kənarları qəsr daşları ilə işlənmişdir. İkinci mərdəbədə isə digər dekorlar vardır. Sovet hakimiyyəti illərində bina milliləşdirilmişdir. Hazırda binada yaşayış mənzilləri yerləşir. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir.