Perestianinin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Qreçeskaya küçəsi ev 64 ünvanında yerləşir[1]. Bina XIX əsrin üçüncü yarısında inşa edilmişdir.
Perestianinin binası | |
---|---|
rus. Дом Перестиани | |
47°12′49″ şm. e. 38°56′08″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
1860-ci illərdə Qreçeskaya küçəsi 64 ünvanında iki mərtəbəli bir bina inşa edilmişdir. Bina 1880-ci iıdə dövlət məmuru Nikolay Afanaseviç Perestianiyə məxsus olmuşdur. O, varlı bir ailədən çıxmışdı. Onun ailəsi tacir idi. Taqanroq şəhərində məhkəmənin üzvü idi. Üstəlik Taqanroq artistlər cəmiyyətinin belə üzvü olmuşdur. Onun ilk nigahı uğursuz olur. O, birinci həyat yoldaşı ilə yola getmirdi. Nikolay Afanaseviçin iki övladı vardı. Bu uşaqlar Anna İvanoviç Soloduxina ilə nigahdan doğulmamışdı. Onun uşaqlarından kiçiyi İvan Nikolayeviç Perestiani məşhur aktyor və kinorejisor olmuşdur. O, bir çox bədii filmlərdə çəkilmişdir: «Üç həyat». Nikolay Afanaseviç Perestiani uşaqlarının qanundan kənar doğulan adlandırılmaması üçün əlindən gələni əsirgəməmiş və onları rəsmən övladlığa götürmüşdür. Onun ikinci nigahı kollec asessorunun dul qadını ilə qurmuşdur. Toy 15 oktyabr 1872-ci ildə baş tutmuşdur. Lidiya Petrovavlovskaya ilə nigahdan onların üç övladı doğulmuşdur:Lidiya, Lyudmila və Mstislav. Nikolay Afanaseviç 1899-cu ildə vəfat etmişdir[2].
1890 - 1906-ci illərdə bina Lidii Peresyianinin əlində olmuşdur. 1915-ci ildə binanın sahibi Yelena Konstantinovna Kovalevskaya ilmuşdur. Sovetlər dönəmində bina milliləşdirilmişdir.
Bina kərpiçdən inşa edilmişdir. İki mərtəbədən ibarətdir. Daş təməl üzərində inşa edilmişdir. Fasadı müxtəlif elementlərlə işlənmişdir. Birinci mərtəbədə yerləşən pəncərələrin kənarları qəsr daşları ilə işlənmişdir. Binanın ikinci mərtəbəsində yerləşən pəncərələr isə düzbucaqlə formadadır. Üstəlik kənarları sadə elementlərlə işlənmişdir.