Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Periferik nitq aparatı 3 şöbədən ibarətdir:
Nəfəs şöbəsinə ağ ciyərlər, bronxlar, traxeya köks qəfəsi daxildir. Tələffüz nəfəslə sıx əlaqədardır. Nitq, nəfəs vermə aktında baş verir.
Bu zaman hava axını eyni zamanda, həm səs yaradıcı, qaz mübadiləsi, həm də artikulyasiya funksiyası daşıyır. Danışıq zamanı nəfəs alma və vermə adi, susqunluq vəziyyətindən kəskin fərqlənir. Danışan zaman insanın nəfəs alması qısa, nəfəs verməsi isə sürəkli olur. Nitq tənəffüsünün daha bir fərqli cəhəti vardır ki, danışıq zamanı nəfəs vermədə qarın boşluğunun və qabırğalararası daxili əzələləri də iştirak edir. Bu nəfəs vermənin dərin və sürəkliliyi, səsli nitqin yaranmasını təmin edir.
Səs şöbəsi qırtlaq və səs tellərindən ibarətdir. Qırtlaq geniş qısa boru olub, qığırdaq və yumşaq toxumadan əmələ gəlmişdir. O, boyunun ön hissəsində yerləşir və irəlidən, yanlardan əllənir. Yuxarıdan qırtlaq udlağa, aşağıdan isə nəfəs borusuna (traxeyaya) keçir.
Qırtlaqla udlaq arasında qırtlaqüstü yerləşir. O, qığırdaq toxumasından əmələ gəlib, dilçək və ya ləçək formasında olur. Qırtlaqüstünün ön səthi dilə, arxa hissəsi isə udlağa doğru uzanır. Qırtlaqüstü udma hərəkətlərində aşağı düşüb qırtlağa girişi bağlayaraq oraya qida, tüpürcək və yad cisimlərin düşməsindən qoruyan tıxac rolunu oynayır.
Qırtlağın içərisində onun girişindən bir qədər kənarda səs keçidi yerləşir. O, səs tellərindən yaranaraq adi tənəffüsdə geniş açılaraq bərabəryanlı üçbucaq formasını alır. bu zaman alınan və verilən hava axını səssiz həmin geniş səs keçidindən keçir.
Səsin yaranması zamanı səs telləri yumulmuş vəziyyətdə olur. Nəfəsvermə nəticəsində hava axını həmin yumulmuş səs tellərinin büküşləri arasından keçərək onları bir qədər kənara itələyir. Səs telləri özünün elastikliyi və səs keçidini daraldan vəziyyətinə qayıdır. Beləliklə də, yumulma və açılma o vaxta qədər davam edir ki, səs törədən hava axınının təzyiqi dayandırılsın. Başqa sözlə, fonasiyada (səslənmə) səs tellərinin rəqslənməsi, köndələn istiqamətdə, yəni yuxarı və aşağıya deyil, daxilə və xaricə tərəf hərəkət edir. Nəticədə, səs tellərinin rəqslənməsi ətraf mühitə ötürülərək danışıq səsi kimi qavranılır.
Səs güçə , ucalığa və tembrə malikdir. Səsin gücü səs tellərinin rəqslənməsinin amplitudundan, yəni, nəfəsvermənin gücündən asılıdır. Səsin gücünə udlaq, ağız və burun boşluqlarının təsiri böyükdür.
Rezonator boşluqlarının forma və böyüklüyündən, eləcə də qırtlağın quruluşundan asılı olaraq səs müəyyən fərdi "çalar" qazanır. Buna səsin tembri deyilir və insanlar bir-birindən səsin tembri ilə fərqlənirlər.
Səsin ucalığı səs tellərinin rəqslənmə tezliyindən, o isə gərginliyin uzunluğu, qalınlığı və dərəcəsindən asılıdır. Səs telləri nə qədər uzun, qalın və az gərginləşərsə səs bir o qədər alçaq olar.
Səslərin formalaşaraq müəyyən şəklə düşməsində dil, dodaq, çənələr, yumşaq və sərt damaq, alveollar fəal iştirak edirlər. Bu üzvlər arasında dodaqlar, dil, yumşaq damaq və alt çənə daha mütəhərrikdirlər.
Artikulyasiyada ən əsas üzv dildir. Dil ön, orta, arxa olmaq üzrə 3 hissədən ibarətdir. Dilin ən mütəhərrik və fəal hissəsi onun ön hissəsidir. Dil böyük kütləvi əzələdir. Çənələrin yumşalmış vəziyyətində o ağız boşluğunu tamamilə tutur.
Artikulyasiya üzvləri arasında iki boşluq da vardır. Bunlardan biri ağız boşluğu, digəri burun boşluğudur. Bu boşluqları bir-birindən ayıran damaqdır. Damağın ön hissəsi sərt, arxa hissəsi yumşaq olur və yumşaq damaq pərdəsi ya burun boşluğunun, ya da ağız boşluğunun yolunu tutur, boğazdan ağız boşluğuna daxil olan hava ya ağız, ya da burun boşluğuna daxil olur və bunun nəticəsində burun, ya da ağız səsləri əmələ gəlir.
Burun boşluğu öz vəziyyətini dəyişmədiyi halda, dil, dodaq, yumşaq damaq pərdəsinin hərəkətindən asılı olaraq ağız öz vəziyyətini dəyişə bilir.