Perlit (polad)

Tərkibində kiçik ferrit qarışığı olan pelitli aşağı evtektoid poladının strukturu (0,7 % C)

Perlit austenitdən yaranan evtektoid, metastabil dəmir-karbon legirinin tərkibidir. Austenitin bu evtektoid parçalanması 723 °C baş verir. Perlit alfa kristalları (ferrit) və dəmirkarbidindən Fe3C (sementit) ibarətdir. Evtektoid konsentrasiyası 0,8%-ə bərabərdir. Perlit tərkibli strukturunda sementid lay şəklində olur (şəkil 1). Yumşaltma əməliyyatı nəticəsində lay şəklində olan pelit kürə forması alır (şəkil 2). Bu halda perlittdəki sementid kifayət qədər stabilliyə malik olur ki, o qrafit+perlitə çevrilə bilməyir. Strukturu stabilləşdirmək üçün 1%-də artıq olaraq manqan tərkibli sorbit götürülür. Sorbit də Troosit kimi incə laylı struktura malik pelitdir. Onun laylı strukturu yalnız həddən çox böyütdükdə nəzərə çarpır. Hər ikisi də polad ərintisninin böyük soyutma sürətlərində əmələ gəlir. Bu sürət sorbit üçün 50-200 K/san, Troostit üçün isə 250 K/san-dan yüksək olmalıdır. Eyni zamanda A1 temperaturu aşağı salınır. Tərkibində 0,8% karbon olan poladların başlıca təşkiledicisi olub. Onlara yaxşı emaolunma xassəsi verir. Bərkliyi Brinel üzrə 180-220 arasında yerləşir.

  • Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.