Perneb türbəsi

Perneb türbəsiQədim Misirin V Sülalə dövrünə aid tikili olub, fironlar Cedkara İsesiUnas tərəfindən təxminən e.ə. 2381–2321 ci illərdə tikdirildiyi güman edilir. Türbə ilk dəfə 1907 ci ildə Sakkarada pilləli Coser ehramından şimalda, Qahirədən 30 km cənubda aşkar edilmiş, 1913 cü ildə Misir hökumətindən Metropoliten muzeyi tərəfindən satın alınmışdır.

Perneb türbəsi
Perneb türbəsi, yalançı qapi divar, Metropoliten muzeyi, Nyu-York
Perneb türbəsi, yalançı qapi divar,
Metropoliten muzeyi, Nyu-York
Perneb türbəsi, yalançı qapi divar,
Metropoliten muzeyi, Nyu-York
Tikili haqqında məlumat
Yeri Sakkara, Misir
Tarixi Qədim padşahlıq
Tipi Alt qatı mastaba, üst qatı türbə
Tikinti materialı Çiy kərpic və ya kirəc daş
Məxsusluğu Perneb
Sakkara (Misir)
Sakkara
Perneb türbəsi
Perneb türbəsi, Metropoliten muzeyi, Nyu-York
Perneb türbəsinin divar rəsmləri
Perneb türbəsinin divar rəsmləri

Perneb firon ailəsinə məxsus saray əyyanı olmuş, adının mənası "hökmdarım mənə yetişdi" deməkdir. Onun qəbiri vəzir Şepsesrenin qəbiri ilə bitişik olduğundan güman edilir ki, vəzir onun oğludur. Perneb türbəsi bir neçə yeraltı kameradan və kirəcdaşdan olan mastabadan ibarətdir. Mastaba isə özlüyündə qurbangah kapellasına və davamı zirzəmiyə keçən ikinci dərəcəli kameraya bölünür. Əsas ibadətgahda üzəri rəngli reliyeflərlə bəzədilmiş yalançı qapı vardır. Burada Perneb üstündə ərzaq və digər mallar olan masa arxasında oturmuş vəziyyətdə təsvir edilmişdir.