Bu məqaləni vikiləşdirmək lazımdır. |
Peroksidlər - bu cür üzvi maddələrin tərkibində -O-O- qrupu olur. Əgər peroksid qrupu karbon və hidrogenlə rabitədədirsə onlar hidroperoksidlər adlanır.
Hidroperoksidlər - olduqca davamsız birləşmələrdir. Sadə hidroperoksidlər azca qızdırıldıqda (hətta çalxalandıqda və ya zərbədən) partlayır. Peroksidlərin ali (və ya alkil qrupu saxələnmiş quruluşlu) homoloqları daha davamlıdır. Məsələn, üçlü-butil hidroperoksid artıq 100 0 C-dən yuxarı temperaturda parçalanır. Nəticədə sonrakı fraqmentləşməyə məruz qala bilən sərbəst radikallara parçalanır. Peroksidləri parçalanmadan distillə etmək üçün onları vakuumda qovurlar. Hidroperoksidlərin asanlıqla parçalanması və partlayış qorxulu olması O:O rabitəsinin olduqca aşağı dissosasiya qabiliyyətinə malik olması ilə izah edilir.