AB düz xətt parçası CD parçasına perpendikulyardır, çünki əmələ gətirdikləri (narıncı və mavi ilə göstərilmiş) iki bucaq da 90 dərəcədir.
Perpendikulyar — həndəsədə iki düz xətt və ya iki müstəvinin (və ya bir düz xətt və bir müstəvi) kəsişdiyində əmələ gətirdikləri qonşu bucaqlar bir-birinə bərabərdirsə kəsişən fiqurlar perpendikulyar olaraq qəbul edilir.
Perpendikulyarlıq simvolu
⊥
{\displaystyle \perp }
-dır. Məsələn,
A
B
⊥
C
D
{\displaystyle AB\perp CD}
AB düz xəttinin CD düz xəttinə perpendikulyar olduğunu göstərir.
P nöqtəsindən AB düz xəttinə çəkilən perpendikulyar düz xətt (mavi).
P nöqtəsindən AB düz xəttinə pərgar və xətkeşdən istifadə edərək perpendikulyar çəkmək üçün aşağıdakı mərhələlər tətbiq edilməlidir:
1 (qırmızı): AB düz xətti üzərində P-dən bərabər məsafədə A' və B' nöqtələrini müəyyən etmək üçün P mərkəzli bir çevrə qövsü cızın.
2 (yaşıl): İkisi də P nöqtəsindən keçən A' və B' mərkəzli iki çevrə qövsü daha cızın. Bu iki qövsün digər kəsişdiyi nöqtəni Q adlandıraq.
3 (mavi): P və Q nöqtələrini birləşdirən perpendikulyar PQ düz xəttini çəkin.