Peru bayrağı

Peru bayrağıPerunun Dövlət bayrağı

Peru bayrağı
Təfərrüatlar
Proporsiya 2:3
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Perunun dövlət bayrağı rəsmi olaraq 1825-ci ilin fevral ayının 25-də təsdiqlənib. Bayrağın eninin uzunluğuna nisbəti 2:3-dür. Rəvayətə görə, general Xose de San-Martin 1820-ci ildə Peruya gəldiyi zaman çoxlu flaminqo (qızılqaz) görür. O bunu yaxşı əlamət hesab edərək, Perunu azad etmək üçün yaratdığı Peru legionunun rənglərinin qırmızı və ağ olmasını istəyir. Bayraqdakı ağ rəng sülhün, ləyaqətin və inkişafın rəmzidir. Qırmızı rəng isə müharibə və cəsurluğu təcəssüm etdirir.