Peter Eyzin (çuvaşca: Петĕр Эйзин, pasportda: Pyotr Yeqoroviç Dmitriyev, 1 sentyabr 1943, Enexmet[d]) — çuvaş şairi, tərcüməçisi, Rusiya Yazıçılar Birliyinin üzvü.
Peter Eyzin | |
---|---|
Pyotr Yeqoroviç Dmitriyev | |
Təxəllüsü | Peter Eyzin |
Doğum tarixi | 1 sentyabr 1943 (80 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Rusiya |
Milliyyəti | çuvaş türkü |
Fəaliyyəti | yazıçı, şair |
Fəaliyyət illəri | 1962-ci ildən – |
Əsərlərinin dili | çuvaşca |
Janrlar | şeir, poema, tərcümə |
Mükafatları | Mitta Vasli mükafatı laureatı (1997) |
Peter Eyzen 1 sentyabr 1943-cü ildə Çuvaşıstan Respublikasının Alikovsk rayonu, Enexmet kəndində anadan olmuşdur.[1] 1965-ci ildə İ.Y.Yakovlev adına Çuvaşiya Dövlət Pedaqoji İnstitutunun (indiki Çuvaşiya Dövlət Pedaqoji Universitetinin) tarix-filologiya fakültəsini bitirmişdir. 1967-1968-ci illərdə Krasnoarmeysk rayon qəzeti redaksiyasında ədəbi işçi, məsul redaktor vəzifələrində çalışmışdır. 1968-2005-ci illərdə Çuvaşiya Kitab Nəşriyyatında korrektor, redaktor,şöbə müdiri, baş redaktor vəzifələrində işləmişdir. 2005-2008-ci illərdə “Doğma Volqa” («Тӑван Атӑл») dərgisində poeziya bölməsinin müdiri vəzifəsində çalışmışdır. 1980-ci ildə SSRİ Yazıçılar Birliyinin üzvü seçilmişdir. Hazırda Rusiya Yazıçılar Birliyinin üzvüdür.
Peter Eyzen bədii yaradıcılığa 1962-ci ildə başlamışdır. İndiyədək onun on kitabı nəşr olunmuşdur. Əsərləri çuvaş türkcəsində yazır. Şeir və poemalarının bir qismi uşaq ədəbiyyatı ilə bağlıdır. O, eyni zamanda tərcümə yaradıcılığı ilə məşğul olmuş, “Macar nağılları”nı doğma çuvaş dilinə çevrimişdir.