Peter Stamm

Peter Stamm (18 yanvar 1963[1][2], Münsterlingen[d], Turgau[d]) — yazıçı, jurnalist.

Peter Stamm
Doğum tarixi 18 yanvar 1963(1963-01-18)[1][2] (61 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti yazıçı, jurnalist, dramaturq, mühasib
Janr roman
peterstamm.ch
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

1963-cü ildə İsveçrədə anadan olmuşdur. Ticarət təhsildən sonra ingiliscə öyrənməyə başlasa da, sonra bir neçə semestr psixologiya, psixopatologiya və iqtisadi informatika üzrə oxumuşdur. Paris, Nyu-York və Skandinaviya ölkələrinə uzunmüddətli səfərləri olmuşdur. 1990-cı ildən isə sərbəst yazar və jurnalist olaraq çalışır. İsveçrə alman radiosu, Bremen radiosu və qərbi alman radiosu üçün çoxlu proqramlar hazırlamışdır. Bir teatr tamaşası, müxtəlif kitablara resenziyalar yazmışdır. 1997-ci ildən isə "Ədəbiyyat naminə məzəmmət" ədəbi jurnalının redaktorudur. "Agnes" (1998) adlı romanına görə 1999-cu ildə Rauris Ədəbiyyat mükafatına layiq görülmüşdür. 2018-ci ildə "Dünyanın sakin biganəliyi" kitabıyla yenidən mükafat qazandı. İsveçrənin Vintertur şəhərində yaşayır. Romanlardan başqa həm də, kiçik hekayələr yazmışdır[3]. Əsasən, əsərlərinin başlıca mövzusu insan münasibətləri haqqındadır[4].

  • Heingau Literatur Preis — Heingau Ədəbiyyat Mükafatı
  • Solothurner Literaturpreis — Solothurn Ədəbiyyat Mükafatı
  1. 1 2 Peter Stamm // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Peter Stamm // Kritisches Lexikon der Gegenwartsliteratur (alm.). / Hrsg.: H. L. Arnold, H. Korte 1978.
  3. Peter, Stamm. Marven & Plowman & Roy. 2020. 175.
  4. Şahin Yılmaz, Z, Studien zur deutschen Sprache und Literatur. Peter Stamm’ın Uzağın Ötesinde Adlı Romanına Psikodinamik Bir Yaklaşım. Alman Dili ve Edebiyatı Dergisi - Studien zur deutschen Sprache und Literatur. 2023.