Peterburqski listok

Peterburqski listok (rus. Петербургский листок; 1864—1918) — Peterburq siyasi, ictimai və ədəbi qəzeti.

Peterburqski listok
Növ qəzet
Redaktor A. S. Afanasyev-Çujbinski
V. M. Sikeviç
I. A. Arsenyev
A. G. Rotçev
N. İ. Çernyavski
A. N. Suponev
A. Sokolov
P. A. Zarubin
N. A. Skrobotov
A.A. İzmaylov
Yaranma tarixi 1864
Dil rus
Nəşrini dayandırıb 1917
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zarudnı qardaşıları tərəfindən təsis olunmuşdur[1], hansılar ki redaktor qismində yazıçı Aleksandr Afanasyev-Çujbinskini dəvət etmişdilər ki, o da 23 fevral 1864-cü ildə həftədə 4 dəfə (bazar, çərşənbə axşamı, cümə axşamı və şənbə) qəzet nəşr etmək üçün Peterburq Senzura Komitəsinə müraciət etmişdir. Elə həmin ilin sonunda (30.11.1864 tarixindən) o, vəzifəsindən imtina etdi və onun yerinə redaktor köməkçisi V. M. Sikeviç təyin olundu.[2] Cəmi üç aydan sonra İlya Arsenyev redaktor oldu.

Qəzetin ilk sayı 15 mart 1864-cü ildə çap olundu. O, Sankt-Peterburqdakı beşinci özəl qəzet idi.[3] Qəzetin nəşrinə ilkin kapital P. V. Vasilyev və İ. A .Tatarinov tərəfindən qoyulmuşdur. Nəşrin ilk ilində qəzetdə Vsevolod Krestovskinin "Peterburq xarabalıqları" romanı nəşr olunmağa başlandı. 6 aprel 1865-ci ildə qəzet ilkin senzurasız yayımlanmağa başlandı; 1865-ci ilin sentyabr ayında qəzetə aylıq əlavələr dərc etməyə icazə verildi.

1867-ci ildən, Ilya Arsenyev ilə işçiləri və kreditorlar arasında baş verən bir sıra məhkəmə proseslərindən sonra Peterburqski listok yenidən A. Zarudnıya keçdi. Tezliklə nəşr proqramı xeyli genişləndi, aylıq ədəbi əlavələr meydana gəldi. 1 avqust 1868-ci ildə Aleksandr Sokolov "Listok"un" rəhbəri və naşiri oldu. 1872-ci ildə qəzetin icarəçi-naşiri V. A. Vladimirski oldu, hansı ki Mixail Stopanovski (1877-ci ilinə yarısına qədər) və A. Soklolovu (1884-cü ilin yarısına qədər) nəşriyyat ortağı kimi dəvət etmişdir. 1876-cı ildə Aleksandr Vladimirski qəzetin fərdi yiyəsi oldu; A. Sokolov 1884-cü ilə qədər onunla birlikdə bir nəşriyyatçı ortağı olmuşdur.

1868-ci ilin avqustundan etibarən A. Suponev, A. Sokolov və P. A. Zarubin rəsmi redaktorlar olmuşdular, 1886-cı ildən etibarən isə Nikolay Skrobotov. Qəzetin redaktoru kimi V. V. Vladimirskinin dəvət etdiyi tənqidçi A. A. İzmaylov qəzetin simasını xeyli dərəcədə dəyişdi.

Əvvəlcə qəzet həftədə dörd dəfə, 1871-ci ildən beş dəfə, 1882-ci ildən gündəlik nəşr olundu. 1876-cı ildə "Peterburqski listok" üçüncü xəbərdarlığını aldı və iki ay müddətinə fəaliyyəti dayandırıldı. 1914-cü ilin avqust ayından etibarən nəşrin adı "Petroqradski listok" oldu. 1917-ci ildə qəzet fəaliyyətini dayandırdı.

  1. Сергеев М. В. Формирование массового читателя второй половины XIX века (на примере петербургских городских газет) (Дисс… канд. филол. наук.). СПб. 1996.
  2. Vladimir Melentyeviç Sikeviç, V. V. Sikeviçin doğma əmisi idi
  3. Bu dövrdə burada bunlar nəşr olunurdu: Severnaya pçela, Sın Oteçestva, Birjevıye Vedomosti (1861-ci ildən), Qolos (1863-cü ildən).
  • Скроботов Н. А. «Петербургский листок» за 35 лет. 1864—1899. — СПб., 1914
  • Фролов В. К. За 50 лет. (1864—1914): Материалы для истории газеты «Петербургский листок». — СПб., 1915.
  • Сергеев М. В. Газета «Петербургский листок» и её читатели // Российская культура глазами молодых ученых. Вып. 3. — СПб., 1994. — С. 204—221.
  • Сергеев М. В. К вопросу о становлении литературного языка массового петербургского читателя // Российская культура глазами молодых ученых. Вып. 4. — СПб., 1995. — С. 103—115.
  • Сергеев М. В. «Люди книги» и «люди газеты»: (К истории массового читателя) // Тезисы сообщений межвузовской аспирантской конференции (27-28 апреля 1995 г.) / СПб. гос. акад. культуры. — СПб., 1995. — С. 86—87.
  • Сергеев М. В. Формирование массового читателя второй половины XIX века (на примере петербургских городских газет): Дисс… канд. филол. наук. СПб., 1996. — 158 с.
  • Быстрова О. В. Петербургский листок — массовая городская газета // Петербург газетный: 1711—1917. — Тюмень, 2009. — С. 202—205.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]