Petimat Petirova (12 fevral 1982)[1] — Çeçen şairəsi[2] və jurnalisti, Çeçenistan Respublikası Yazıçılar Birliyinin və Çeçenistan Respublikası Jurnalistlər Birliyinin üzvü, 2017-ci ilin oktyabrından " Qoç" ədəbi-bədii jurnalının baş redaktorudur[3].
Petimat Petirova | |
---|---|
çeç. Петирова ПетӀмат | |
Doğum tarixi | 12 fevral 1982 (42 yaş) |
Təhsili | |
Fəaliyyəti | jurnalist |
Vikianbarda əlaqəli mediafayllar |
1998-ci ildə Elistanjinski orta məktəbini, 2004-cü ildə Çeçenistan Dövlət Universitetinin filologiya fakültəsini bitirir.
Bir neçə il Xattuni kəndində rus dili və ədəbiyyatı müəllimi işləyir. 2006-cı ildən Qroznıda kitab nəşriyyatında işləmişdir.
Petimat Petirova işdən asudə vaxtlarında sevdiyini edir — şeir yazır. Şairə ilk şerlər toplusunu 2009-cu ildə buraxır. Petimat yalnız Çeçen dilində yazır. 2008–2017 Petimat "Zori İslam" qəzetində baş redaktor müavini vəzifəsində çalışmışdır[4].
2006–2008-ci illərdə Qroznı şəhərində kitab nəşriyyatında çalışır. Petimatın şeirləri "Nana", "Orqa", "Vaynax", "Stelaqad" (Göyqurşağı) jurnallarında və "Islaman zanarsh", (Zori Islam) "Daimoxk", "Hiekharxo" qəzetlərində, "Zluqa" (Arı) yumoristik jurnalında nəşr olunur. . Özünü nəsrdə, şeirdə və jurnalistikada sınayır. Petimatın şeir və hekayələri "Marqkalş" (Xvorostinki), "Çeçen hekayəsi" kimi məcmuələrə daxil edilmişdir. "Satiysaman zaza" adlı şeirlər toplusu nəşr edilmişdir.
2015-ci ildə tədqiqatçı, filologiya elmləri namizədi Həmzət Yandarbiyevin şairin yaradıcılığına həsr olunmuş "Çeçen poeziyasının ümid rəngidir" adlı məqaləsi dərc edilmişdir. Poeziyaya gəlməzdən əvvəl müəllim, jurnalist işləmiş və artıq müəyyən həyat təcrübəsinə malik olmuşdur[5]. 2017-ci ildə Petimat "Qoç" ədəbi və incəsənət jurnalının işini davam etdirmək fikri ilə çıxış etdir. Yenilənmiş jurnal 999 nüsxə tirajla nəşr olunur. Yenilənmiş "Qoç" jurnalının ilk nömrəsi Petimatın şəxsi hesabına nəşr olunur. Jurnal hazırda dövlət tərəfindən maliyyələşdirilir. Çeçen dilinə olan mətnləri Petimat və həmkarları, çeçen şair və yazıçıları tərcümə edirlər[6]. Jurnal ayda bir dəfə olmaqla nəşr olunur. "Qoç" jurnalının baş redaktorunun birinci müavini Lyuba Arsaliyevadır. Jurnal çeçen dilində nəşr edilir. Petimat Çeçenistan Respublikası Yazıçılar Birliyinin və Çeçenistan Respublikası Jurnalistlər Birliyinin üzvüdür.