Petra Vlqova

Petra Vlqova (slovak. Petra Vlhová 13 iyun 1995[1], Liptovski Mikulaş[1]) — Slovakiyalı dağ xizək idmançısı, nəhəng slalom üzrə 2019 dünya çempionu (Slovakiya tarixində ilk dağ xizək idmanı üzrə çempionu), Dünya kubokunun 9 mərhələsinin qalibi. İlk Gənclər Olimpiya Oyunlarının çempionu. Texniki fənlər üzrə ixtisaslaşmışdır.

Petra Vlqova
çex. Petra Vlhová[1]
Şəxsi məlumatlar
Vətəndaşlığı Slovakiya Slovakiya
Doğum tarixi (28 yaş)
Doğum yeri Liptovski Mikulaş, Slovakiya
Boyu 180 sm.
Çəkisi 73 kq.
İdman növü Dağ-xizək idmanı
Rəsmi saytı
Rəsmi saytı

Karyerası[redaktə | mənbəni redaktə et]

Petra 2010-cu ilin noyabrında qitə səviyyəli yarışlarda çıxış etməyə başlayır.

2012-ci ilin yanvarında bir slovakiyalı olaraq İnsbrukda ilk Gənclər Olimpiya Oyunlarında çıxış edir. Orada aydın üstünlüklə slalom yarışmasında qalib gəlir (ikinci yeridən yarım saniyədən bir qədər çox müddətdə qalib olur). Super kombinasiyada və nəhəng slalomda da dördüncü yerləri tutur. Elə həmin mövsümün sonunda slalomda Dünya Gənclər Birinciliyinin bürünc mükafatçısı olur.

2012-ci ilin dekabr ayında Avstriya Semmerinqdə keçirilən karyerasının ilk mərhələsində slalomda 11-ci olmaqla, Dünya Kuboku mərhələsində debüt etir.

Soçidəki Olimpiya Oyunlarında Vlqova texniki fənlər üzrə çıxış edir və hər iki dəfə slalomda 19-cu, nəhəng slalomda 24-cü olur.[2] 2015/16 mövsümündə slovakiyalı kayakçı Dünya Kubokundakı ilk qələbəsini qazanır. İsveçin Ore şəhərində keçirilən yarışmada qalib gəlir. Bir neçə həftə sonra Lientsdəki slalom mərhələsində mükafatçı olaraq uğurunun təsadüfi olmadığını sübut edir.

2016/17 mövsümündə Amerika Aspenində slalomda birinciliyi əldə edərək İkinci Dünya Kuboku mərhələsini qazanır. Dünya kubokunun ümumi hesabında Petra 10-cu olur. Sant-Moritsdə keçirilən Dünya Çempionatında komanda yarışlarında gümüş medal qazanır.

2017/18 mövsümündə Petra slalomda Dünya Kubokunun iki mərhələsini qazanır. Dünya kubokunun ümumi təsnifatında Slovakiya beşinci, slalom təsnifatında isə dördüncü olur. Pxyonçxan Olimpiya Oyunlarında slalomda mükafatlar üçün iddiaçı sayılırdı, ancaq 13-cü yeri tuta bilir. Həmçinin Vlqova nəhəng slalomla 13-cü olur və kombinasiyada beşinci yeri tutur. 2018/19 mövsümündə Petra nəhəng slalomda əhəmiyyətli dərəcədə irəliləyir. Dünya Kubokunun üç mərhələsini qazanır, Vlqova slalom və paralel slalomda daha bir qələbə əldə edir. Ümumi hesabda Vlqova Mikaela Şiffrin-dən sonra ikinci olur. Petra slalom və nəhəng slalom duruşlarında da ikinci olur. 2019-cu il Ore Dünya Kubokunda Petra üç mükafat qazanır: kombinasiyada gümüş, nəhəng slalomda qızıl və slalomda bürünc. Nəhəng slalomdakı qələbə Slovakiya xizəkçiləri üçün dünya çempionatları tarixində bütün fənlər üzrə ilk olur[3].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 Olympedia (ing.). 2006.
  2. "Náš tím". Petravlhova.sk. 26 February 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 February 2014.
  3. "Petra Vlhova wins first-ever World Championships gold for Slovakia". International Ski Federation. 14 February 2019. 15 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2019.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Petra Vlhová World Cup standings at the International Ski Federation