Petrovun binası (Taqanroq)

Petrovun binasıRostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Petrovskaya küçəsi ev 36 ünvanında yerləşir[1]. Bina XIX əsrin 50-ci illərinin sonlarında inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Bir mərtəbədən ibarət olaraq müxtəlif dekor elementləri ilə işlənmişdir.

Petrovun binası
rus. Дом Петрова
Xəritə
55°46′09″ şm. e. 37°35′50″ ş. u.
Ölkə  Rusiya
Şəhər Taqanroq
Yerləşir Petrovskaya küçəsi
Tikilmə tarixi 1850

Bir mətəbədən ibarət olan bina Rostov vilayəti Taqanroq şəhəri Petrovskaya küçəsi ev 36 ünvanında yerləşir. Bina XIX əsrin 50-cı illərində Mixail Prokofeviç Petrov və həyat yoldaşı olan Yelenaya məxsus olmuşdur. Bina elə məhz Yelennın şərəfinə adlandırılmışdır. Mixail Petrov türmələr üzrə sahədə çalışırdı. 1861-ci ildə Firsov və Trusov ilə birlikdə şəhər arxitektoru olmuşdur. 1964-cü ildə o, Mitrofaniev kilsəsinin tikintisində baş mühəndis olmuşdur. O, artıq gəlirli binaları belə layihələndirirdi. Petrovskaya küçəsi, ev 42 ünvanında yerləşın binanıda layihələndirmişdi. Sonradan binada Pedaqoji instutun filialı yerləşirdi. 1873-cü ildə yenə də binanın sahibi Mixail Petrov olsa da, artıq kollec asessoru rütbəsini daşıyırdı.

1880-ci ildə mülk kollec registratorunun həyat yoldaşı Sofi Talalaevnaya mənsub olmuşdur. Onun əri Nikolay Aleksandroviç quberniya katibi olmuşdur. Onun mülkiyyətində Petrovskaya küçəsi və Nekrasov xiyabanında çoxlu sayda ev vardı. Talalaevlərin dörd övladı vardı: Aleksandr, Dmitri, Fedor və Vera. В 1910-cu ildə binanı Aleksey Andreyeviç İaqosan icarəyə götürmüşdür. 1915-ci ildən Sofya Talalaeva binanın sahibəsi olmaqdan çıxmışdır. 1917-1925-ci illərdə bina E. L. Serqienkonun mülkiyyətinə çevrilmişdir.

Petrovskaya küçəsi ev 36 ünvanında yerləşən bir mərtəbəli bina. Sənıdlərdə o göstərilir ki, bu binanın yerindı taxta ev olmuşdur. Binanın sağında abir əlavə korpus vardır.[2].

  1. Петрова дом//Энциклопедия Таганрога
  2. "Дом 36. Петровская улица". 2017-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.