Petrovun villası — Rostov-na-Donu şəhərində, Puşkinskaya küçəsi ev 115 ünvanında yerləşən bina. Bina XIX əsrin sonları inşa edilmişdir. Bina layihəsinin müəllifi Nikolay Aleksandroviç Doroşenkodur. 1958-ci ildən binada Rostov vilayəti seçmə incəsənt muzeyi yerləşir. Petrovun villası regional əhəmiyyətli mədəni irs obyekti elan edilmişdir[1].
Petrovun villası | |
---|---|
rus. Особняк Петрова | |
47°13′32″ şm. e. 39°42′56″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Rostov-na-Donu |
Tikilmə tarixi | 1891 |
Memar | Nikolay Aleksandroviç Doroşenko |
Memarlıq quruluşu | Eklektika |
Vikianbarda əlaqəli mediafayllar |
Villa XIX əsrin sonları inşa edilmişdir. Binanın ilk sahibi A. A. Dombrovski olmuşdur. O, binanı sonradan satmışdır. 1898-ci ildə bina Vladiqafqaz dəmiryolları idarəsinə mənsub olmuşdur.
XIX əsrdə Vladiqafqaz dəmiryolları idarəsi uzun zaman sürən bir məhkəmə işi ilə əlaqədar müəyyən çətinlik yaşayırdı. Səbəb isə dəmir yolunun çəkilişi ilə əlaqədar torpaq sahiblərinin öz torpaqlarını satmaması idi. Vladiqafqaz dəmiryolları idarəsi bu işi udan vəkilə villsnın hədiyyə ediləcəyi vəd edirdi. Vladiqafqaz dəmiryolları idarəsinin haqqlarını rostovlu vəkil Apollon Petroviç Petrov təmin etmişdir. O, bu işi udmuşdur. O Vladiqafqaz dəmiryolları idarəsinin vəkilliyinə qəbul edilir və hədiyyə olaraq villanı alır.
Puşkinski küçəsində yerləşən villada Petrov arvadı və uşaqları ilə birlikdə yaşayırdı. 1913-cü ildən binanın rəsmi sahibi onun arvadı Sofiya olmuşdur. Oktyabr inqilabından sonra Petrovlar ailəsi Fransaya köçmüşdür. 1920-ci ildə bina milliləşdirilmişdir. 20-ci illərdə binada uşaq kommunası yerləşirdi. 1930-cu illərdə burada "Spartak" idman cəmiyyəti yerləşmişdi. Böyük Vətən müharibəsindən sonra bina vilayət tikinti və arxitekturaişləri üzrə bölməyə həvalə edilir. Bu zaman binaya mansar əlavə edilir. Beton pilləkənlər qoyulur, həyətdə mərmər fontan quraşdırılır. Binanın daxilinə kamin əlavə edilir.
Lusenoq Popovun villası eklektika stilində inşa edilmişdir. Üstəlik burada borokko və klassizm elementləri belə vardır. Fasadı Puşkinski küçəsinə baxır. İlk əvvəllər giriş yanlardan idi. Şimal fasadına bitişik xidmət tikilisi vardı. Əvvəllər həyətdə at və karetaların saxlanması məqsədilə xüsusi tikili olmuşdur. Alt mərtəbədə mətbəx, kotelnı və xidmətçilərin otaqları yerləşir.