Peykər Sultan

Peykər Sultan (tam titulu: Banui Dövran, Nəvvab'i-Naibəyi-Səfəviyyə Peykər Sultan Səfəvi) (1537–1598)— Səfəvi Sultanı, Şahbanu, Seyid Baqi Yəzdinin və Xanış Sultan Səfəvinin qızı.

Peykər Sultan
Pəri Peykər Sultan Mir Seyid Baqi qızı Səfəvi
bayraq
Səfəvi Sultanı
bayraq2
1537 – 1598
1576 – 1578
ƏvvəlkiPərixan Sultan
SonrakıHeyrannisə Sultan
1576 – 1577
ƏvvəlkiMəvzilli Sultan
SonrakıHeyrannisə Sultan
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İsfahan
Vəfat tarixi
Vəfat yeri Qəzvin
Atası Seyid Baqi Yəzdi
Anası Xanış Sultan Səfəvi
Həyat yoldaşı Şah II İsmayıl
Uşağı qızı: Səfiyə Xatın
Dini İslam
Elmi fəaliyyəti
Elm sahəsi Ədəbiyyat
Tanınır Şairə

Peykər Sultan 1537-ci ildə İsfahanda dünyaya gəlmişdir. Atası məşhur xanlardan Seyyid Nurəddin Neymətullah Baqi Yəzdi, anası isə Şah I İsmayılın qızı Xanış Sultan idi. Uşaq yaşlarından gözəlliyi ilə seçilmiş Peykər Sultan ara-sıra ailəsi ilə birgə paytaxt Qəzvinə gedər, bu səfalı diyardan gəlmək istəməz, bu gözəl yerlərdə ara sıra 'Pəri Peykər' ləqəbi ilə şeirlər yazarmış. Lakin dayısı qızı olan Pərixan Sultan ilə heç yola getməz, hər zaman mübadisə edərmişlər. Həddi-bülüğa çatmış Peykər Sultan anasının təkidi ilə dayısı oğlu Şah I Təhmasibin 2-ci oğlu II İsmayıl ilə 1555-ci ildə ailə həyatı qurur. Beləlilkə, Xanış Sultan ilə İsmayıl Mirzənin anası Şahbanu Məvzili Sultan ilə ittifaq yaranır. Xanış Sultan bütün bunları Məhinbanu Sultanın olan nüfuzunu sarsıtmaq və yerinə keçmək üçün edirdi. Çünki onlar, əsasında, ögey idilər və Pərixan Sultan onun yanında yetişirdi. Lakin bu səadət çox sürmür. Əvvəlcə 1564-cü ildə anası Xanış Sultan vəfat edir. İsmayıl Mirzə atasının əmri ilə Qəhqəhə qalasına zindana salınır. O gündən vəziyyət dəyişir. Amma Pərixan Sultan ilə onun mənafeyi kəsişir. Onların ikisi də gələcəkdə İsmayıl Mirzənin şahlıq taxtına oturmasını istəyirlər. İsmayıl Mirzən zindana olan zaman Peykər Sultan bir yandan qızı Safiyəni böyüdür, bir yandan da ərini ordan çıxarmağa çalışırdı. Ona şeirlər yazar gizli yolla zindana göndərdiyi də olmuşdur. Ancaq I Təhmasibin digər arvadı gürcü qızı Zəhra və oğlu Heydər Mirzə çox güclü rəqib idilər. Gün Peykər Sultan üçün 1576-cı ildə doğur. I Təhmasib vəfat edir. Qanlı saray çəkişmələrindən sonra şahlıq taxtı onun əri üçün açılır. İsmayıl Mirzə II İsmayıl adı ilə taxta keçir. Bu zaman Pərixan Sultanla işi bitən Peykər Sultan onu artıq lazımsız sanıb, ərindən onu Sarayü-hümayündən uzaqlaşdırmasını istəyir. Və qardaşı bacıya qarşı qoyur. II İsmayıl Pərixanın səlahiyyətlərini alır və Şahbanusu Peykər Sultana verir. Peykər sultan qayınanası Məvzilli Sultan ilə bütün gücü ələ keçirirlər və xənədan qətilləri törətməyə başlayırlar. Lakin bu hakimiyyət çox uzun çəkmir. Bir ildən sonra II İsmayıl zəhərlənərək öldürülür bütün gücü Pərixan Sultan ələ alır. Pəri Peykər Pərixan Sultan devrilməsində Heyrannisə Sultanın tərəfində yer alır, ona yardım göstərir. Məvzilli Bəyimin fəryad sarayına göndərilməsində iştirakcı olur. Lakin Məryəm Sultanın geri gəlməsi ilə nə Peykər Sultan, nə də Heyrannisə Sultan ortada qalır. Məryəm Sultan bacısının intiqamını alır. Heyrannisə Sultan öldürülür. Məvzilli Sultanı köhnə saraydan çıxartdırır. Peykər Sultan isə saraydan uzaqda xüsusi malikanədə nəzarətdə yaşayır. Qızı Safiyə Sultansa, böyüyüb dindar bir xanım olur. Şah Xudabəndə bu qətldən sonra Heyrannisəyə yas saxlayır, bütün xənədan mənsublarını paytaxdan göndərir. Özü isə 1587-ci ildə isə elə bacısı Məryəm Sultan tərəfindən taxdan salınır.

  • Xənədani-Ali-Səfəviyyə II Bölmə