Peysər və ya bəzən boyunardı – boynun arxa tərəfi.
"Peysər" farsmənşəli sözdür,[1] "پس سر" (hərf. başın arxası) sözlərindən gəlmişdir.
Məməlilərin bir çox növündə peysərdə dərinin sərbəst, qeyri-həssas hissəsi yerləşir. Analar balalarını daşımaq üçün onları bu yerdən ağıza alırlar. Bu, balanın daşınarkən hərəkətsiz qalmasına şərait yaradır. Pişiklər cütləşərkən erkək fərd dişi fərdin hərəkətini məhdudlaşdırmaq üçün onun peysərindən dişləyir.[2]
Ənənəvi Yaponiya mədəniyyətində peysər (項, unaci?) qadınlar tərəfindən paltarla örtülməyən azsaylı bədən hissələrindən biridir. Qadının peysəri bir çox yapon kişi üçün qadının cazibədar bölgələrindən biri hesab olunur.[3]
Livan və Misir mədəniyyətlərində şəxsin peysərinə əllə vurmaq ağır təhqir hesab olunur.[4] Müasir Azərbaycan dilində isə "peysər" vulqar söz kimi işlədilir.[5][6]
Anatomiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |