Pfizer

Pfizer Inc.[4] — Amerika transmilli əczaçılıq və biotexnologiya korporasiyası. Qərargahı Manhettendə (Nyu-York), 42-ci küçədə yerləşən Şirkət 1849-cu ildə Nyu-Yorkda iki alman mühaciri Çarlz Pfizer (1824-1906) və onun əmisi oğlu Çarlz F. Erhart (1821-1891) tərəfindən yaradılmışdır.

Pfizer
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi ictimai şirkət
Məhsulları Pfizer–BioNTech Covid-19 vaksini
Təsis tarixi 1849
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 63.447.000.000 $ (31 dekabr 2019)[1]
Ümumi aktivlər
  • 167.489.000.000 $ (31 dekabr 2019)[1]
Ümumi gəliri
  • 100.330.000.000 $ (2022)[2]
Xalis mənfəəti
  • 31.372.000.000 $ (2022)[2]
Struktur
İşçi sayı
  • 78.500 nəf. (2020)[3]
Tərəfdaşlar Amerika Home Products
pfizer.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pfizer immunologiya, onkologiya, kardiologiya, endokrinologiyanevrologiya üzrə dərmanlar və peyvəndlər hazırlayır və istehsal edir. Şirkətin hər biri illik 1 milyard ABŞ dollarından çox gəlir gətirən bir neçə blokbaster dərmanı və ya məhsulları var. 2020-ci ildə şirkətin gəlirlərinin 52%-i ABŞ-dən, 6%-i Çin və Yaponiyanın hər birindən, 36%-i isə digər ölkələrdən gəlib.

Pfizer 2004-cü ildən 2020-ci ilin avqustuna qədər Dow Jones Industrial Average fond bazarı indeksinin tərkib hissəsi idi[5][6][7][8] Şirkət Fortune 500 siyahısında 64-cü yerdə[9] Forbes Global 2000 siyahısında 49-cu yerdədir[10].

  1. 1 2 İllik hesabat.
  2. 1 2 10-K forması. 2023.
  3. Pfizer Annual Report 2020 10-K.
  4. Wells, John C., Longman Pronunciation Dictionary (3rd), Longman, 2008, ISBN 9781405881180
  5. Bomey, Nathan. "Exxon Mobil, Pfizer removed from Dow Jones Industrial Average; Salesforce, Honeywell added". USA Today. August 25, 2020. October 23, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 1, 2022.
  6. Stevens, Pippa. "Salesforce, Amgen and Honeywell added to Dow in major shake-up to the average". CNBC. August 24, 2020. January 29, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 1, 2022.
  7. Ponczek, Sarah; Greifeld, Katherine. "Exxon Booted from Dow Industrials in Major Embrace of Tech". Bloomberg News. August 24, 2020. 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-01.
  8. Levisohn, Ben. "Exxon and Pfizer Just Got Booted From the Dow. Here's What's Replacing Them". Barron's. August 25, 2020. August 27, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 1, 2022.
  9. "Fortune 500: Pfizer". Fortune. 2021-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-01.
  10. "Forbes Global 2000: Pfizer". Forbes. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-01.